Eltun Süleymanov : " 26 İyun Silahlı Qüvvələr Günü xalqın gücünün, dövlətin iradəsinin və vətənpərvərliyin bayramıdır "
Tarix: 16-06-2026 | Saat: 17:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tarix bəzi xalqlara zəfəri hazır şəkildə təqdim etmir. Onu qazanmaq, uğrunda mübarizə aparmaq, bəzən qanla, canla, göz yaşı ilə yazmaq lazım gəlir. Azərbaycan xalqı da öz müstəqilliyinin, ərazi bütövlüyünün və dövlət suverenliyinin qiymətini yaxşı bilən xalqlardandır. Bu müqəddəs dəyərlərin qorunmasının ən etibarlı təminatçısı isə Azərbaycan Ordusudur.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, 26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbçilərin peşə bayramı deyil. Bu tarix xalqın gücünün, dövlətin iradəsinin və vətənpərvərliyin bayramıdır. Bu gün Azərbaycan əsgərinin şərəf və ləyaqətlə daşıdığı hərbi forma, müqəddəs bayraq qarşısında içdiyi and və Vətənə xidmət missiyası hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Azərbaycan Ordusundan danışarkən ilk növbədə həmin ordunun yaranmasına gedən mürəkkəb və şərəfli yola nəzər salmaq lazımdır. Çünki güclü ordular təsadüfən yaranmır. Onlar uzaqgörən liderlərin siyasi iradəsi, xalqın dövlətinə bağlılığı və milli məqsədlər ətrafında birliyi nəticəsində formalaşır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bütün istiqamətlərində olduğu kimi, ordu quruculuğunda da müstəsna rol oynayıb. Hələ sovet dönəmində gələcəyin müstəqil Azərbaycanı üçün milli hərbi kadrların hazırlanmasına başlayan Ulu Öndər sonralar bu siyasətin bəhrəsini görən böyük dövlət xadiminə çevrildi. Onun məşhur fikirlərindən biri bu gün də aktuallığını qoruyur: "Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz." Bu fikir əslində müstəqil Azərbaycanın gələcək inkişaf yolunun xəritəsi idi. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlardan keçirdi. Dövlətçiliyin təməlləri sarsılır, torpaqlar işğal olunur, ölkədə siyasi qarşıdurmalar hökm sürürdü. Belə bir məqamda xalq öz xilaskarını yenidən hakimiyyətə dəvət etdi. Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycan dövlətçiliyi xilas edildi, nizami ordu quruculuğuna başlandı və gələcək qələbələrin bünövrəsi qoyuldu. Məhz həmin illərdə xalqın ordusuna inamı formalaşdı. Çünki Azərbaycan Ordusu yalnız hərbi struktur deyil, xalqın öz övladlarından yaranan müqəddəs bir gücdür. Ulu Öndər deyirdi: "Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir." Bu birliyin gücü illər keçdikcə daha aydın görünməyə başladı. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində orduya ayrılan diqqət və qayğı, müasir texnologiyaların tətbiqi, yeni silah sistemlərinin alınması, hərbi təhsilin təkmilləşdirilməsi və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ordunu regionun ən güclü hərbi qüvvəsinə çevirdi. Bu siyasətin arxasında bir məqsəd dayanırdı: Azərbaycanın haqq işini təmin edə biləcək güclü və peşəkar ordu yaratmaq. Cənab Prezident İlham Əliyevin illər öncə hərbçilərlə görüşlərdə söylədiyi fikirlər sonradan tarixi həqiqətə çevrildi. O deyirdi ki, gün gələcək Azərbaycan öz torpaqlarına qayıdacaq. Həmin gün gəldi. 2020-ci ilin payızında Azərbaycan əsgəri bütün dünyaya göstərdi ki, Vətən sevgisi ən müasir silahlardan da güclüdür. Səngərlərdə, yüksəkliklərdə, qayalıqlarda irəli atılan qəhrəman oğullarımız Azərbaycan tarixinin ən şanlı səhifələrini yazdılar.
44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə deyildi. Bu, xalqın öz tarixi ilə görüşü, şəhidlərin ruhuna verilən hesabat, qaçqın və köçkünlərin arzularının gerçəkləşməsi idi. Hər bir kəndin azad edilməsi, hər bir yüksəklikdə üçrəngli bayrağın dalğalanması milyonlarla insanın qəlbində böyük sevinc və qürur hissi yaratdı. Şuşanın azad olunması isə Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış səhifəsinə çevrildi. Dünyanın aparıcı hərbi ekspertləri Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikasını öyrənməyə başladılar. Çünki Qarabağda yalnız torpaqlar azad edilmədi, həm də müasir müharibələrin yeni modeli ortaya qoyuldu. Lakin Azərbaycan əsgərinin gücü yalnız texnikada deyildi. Onun gücü ürəyində, şəhid olmağa hazır olmasında, yaralı halda yenidən döyüşə qayıtmaq istəyində, Vətən sevgisində idi. Məhz buna görə cənab Prezident İlham Əliyev haqlı olaraq bildirirdi: "Bizim ordumuz bizim qürurumuzdur." Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri də məhz ordumuzun qazandığı qələbənin nəticəsidir. Bu gün dağıdılmış şəhərlərin yerində yeni yaşayış məntəqələri salınır, yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bütün bunların arxasında isə Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır.
Tarix göstərir ki, dövlətlər yalnız iqtisadi güclə yaşamırlar. Dövlətləri yaşadan milli ruh, vətənpərvərlik və onu qoruyan qüdrətli ordudur. Bu gün Azərbaycan Ordusu yalnız ölkənin təhlükəsizliyini qoruyan hərbi qüvvə deyil, həm də milli həmrəyliyin, dövlətə sədaqətin və vətəndaş məsuliyyətinin canlı nümunəsidir. Gənc nəsil hərbçilərin xidmət yoluna baxdıqca vətənə bağlılığın, dövlətə sədaqətin və milli ruhun nə qədər müqəddəs dəyər olduğunu daha aydın dərk edir. Məhz buna görə də Azərbaycanda hərbi xidmət təkcə konstitusion vəzifə kimi deyil, həm də şərəf və ləyaqət məktəbi kimi qəbul edilir. Bu məktəbdə yetişən gənclər dövlətin gələcəyinin, xalqın təhlükəsizliyinin və milli maraqların qorunmasının məsuliyyətini daşıyırlar. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusunun uğurları yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də böyük maraq və rəğbətlə izlənilir. Müasir silahlanma, peşəkar hazırlıq, yüksək döyüş ruhu və vətənpərvərlik hissinin vəhdəti ordumuzu dünyanın nüfuzlu hərbi dairələrinin diqqət mərkəzinə gətirib. Azərbaycan əsgərinin Qarabağ döyüşlərində nümayiş etdirdiyi igidlik, komandirlərimizin peşəkarlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi artıq müasir hərb tarixinin öyrənilən nümunələrindən biri kimi qəbul edilir. Bu isə hər bir azərbaycanlı üçün xüsusi qürur mənbəyidir.
Bu gün Qarabağın dağlarında, Şərqi Zəngəzurun vadilərində, Şuşanın qayalarında dalğalanan üçrəngli bayrağımız yalnız qazanılmış qələbənin deyil, həm də illərlə aparılan məqsədyönlü ordu quruculuğu siyasətinin, şəhidlərimizin müqəddəs qanının, qazilərimizin qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin rəmzidir. Bu bayraq Azərbaycan Ordusunun şərəf salnaməsini gələcək nəsillərə çatdıran ən böyük tarixi şahid kimi əbədi yaşayacaqdır. 26 İyun münasibətilə hər bir azərbaycanlı qalib əsgərinə, zabitinə, qazisinə, şəhid ailələrinə minnətdarlıq hissi ilə baxır. Çünki bu günün qəhrəmanları Azərbaycan tarixinin ən böyük arzularından birini gerçəkləşdiriblər. Onlar sübut ediblər ki, Vətən sevgisi olan yerdə məğlubiyyət yoxdur və Azərbaycanın gücü onun xalqında, xalqının gücü isə onun Ordusundadır-deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər