Tarixi yaddaşın işığı: Qurtuluş Gününün Amasiya zirvəsi
Tarix: 16-06-2026 | Saat: 15:58
Bölmə:Özəl / Qərbi Azərbaycan / Gündəm | çapa göndər

İyunun 15-i... Bu tarix Azərbaycanın dövlətçilik təqviminə qızıl hərflərlə yazılmış, xalqın öz müqəddəratını öz əlinə aldığı, xaosun və fəlakətin qarşısında mətin bir iradənin dayandığı gündür. Milli Qurtuluş Günü münasibətilə paytaxtın möhtəşəm "Mona Liza" sarayında keçirilən konfrans, sadəcə bir toplantı deyil, həm də tarixin tozlu səhifələrindən süzülüb gələn vətən sevgisinin, qürurun və gələcəyə olan sarsılmaz inamın təcəssümü idi.
Amasya Qadınlar Şurasının təşəbbüsü ilə baş tutan bu tədbirə toplaşan 50-yə yaxın amasiyalı xanım, özlərində təkcə bir bölgənin deyil, bütöv bir yurdun həsrətini və mübarizliyini yaşadırdılar. Şuranın sədri Teyfə Zilfiqarovanın açılış nitqindəki hərarətli ton, iştirakçılara olan minnətdarlıq hissi, hər bir kəsin ürəyində eyni duyğunu – doğma torpaqlara qayıdışın müqəddəs həsrətini oyadırdı. Teyfə xanımın dilə gətirdiyi "İnşallah, növbəti görüşlərimizi öz yurdumuzda, Amasyamızın havasını içimizə çəkərək qeyd edəcəyik" arzusu, salonu bürüyən ümidin rəmzinə çevrildi.

Konfransın gedişatına Şəmsi Qocanın tarixi xatırlatmaları dərin bir kədər və qürur qatdı. O, 1988-ci ildə Qərbi Azərbaycanın Amasya rayonunun 22 kəndindən zorla didərgin salınan 22 min nəfərin taleyindən, qəsbkar düşmənə qarşı 144 şəhid verərək öz ləyaqətini qoruyan bir elin fədakarlığından bəhs etdi. "Əhalinin say nisbətinə görə ən çox şəhid verən rayondur Amasiya" – deyərkən, onun səsindəki qürur bu torpağın övladlarının nə qədər sarsılmaz olduğunu bir daha sübut edirdi. Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsinə bükülən bir dəqiqəlik sükut və ardınca səslənən Dövlət Himni, sanki keçmişlə gələcək arasında bir körpü qurdu.

Məruzəçilər – professor Həcər Hüseynova, dosent Aidə Bəndəliyeva, Dürrə xanım, Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı – 1993-cü ilin iyununa qayıdaraq, Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycanı hansı uçurumun kənarından qurtardığını təhlil etdilər. Çıxışlarda bu günün sadəcə bir təqvim günü deyil, müstəqilliyin əbədiyaşar olması üçün qoyulan təməl daşı olduğu vurğulandı. Qeyd edildi ki, "Əsrin müqaviləsi", hüquqi dövlət quruculuğu, Konstitusiyanın qəbulu – bunlar bütöv bir xalqın intibahının sütunlarıdır.
Amçasiya Rayon İcması sədrinin müavini Elmar Hüseynovun icma sədri, akademik, Əməkdar elm xadimi Abel Məhərrəmovun salamlarını çatdırması, zalda birliyin və həmrəyliyin nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi. Çıxışlarda vurğulandı ki, tariximizi, adət-ənənələrimizi və milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, onu gənc nəsillərə ötürmək bizim ən ali vətəndaşlıq borcumuzdur.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra çay süfrəsi ətrafında xoş bir ünsiyyət mühiti yarandı. Amasiyalı xanımlar qonaqlar üçün öz doğma bölgələrinin – Ağbaba və Şörəyrel mətbəxinin zəngin nümunələrini təqdim etdilər. Süfrənin bəzəyinə çevrilən əl işi şirniyyatlar, bölgənin qədim reseptləri əsasında hazırlanan bişmişlər və özünəməxsus təamlar sanki qonaqları bir anlıq doğma yurdun həyətlərinə, isti ocaqlar başına apardı. Hər bir təamda Amasya torpağının bərəkəti, xanımların zəhməti və keçmişə olan sevgi gizlənmişdi; bu çay süfrəsi həm də birliyin, həmrəyliyin və milli mətbəx mədəniyyətimizin yaşadılmasının gözəl bir ifadəsinə çevrildi. Tədbir iştirakçıları belə bir tədbirin təşkilinə görə Qadınlar Şurasının sədri Teyfə Zilfiqarovaya, Amasiya Rayon İcmasının sdəıri, akademik, Əməkdar elm xadimi Abel Məhərrəmova dərin təşşəkkürlərini ifadə etdilər.

Tədbir, ustad sənətkar Qəşəm Ağbabalının rəhbərlik etdiyi "Ağbaba" musiqi qrupunun ifasında səslənən ruhoxşayan musiqilərlə yekunlaşdı. Amasya sazının və nəfəsinin sədaları altında iştirakçılar sanki doğma yurdun havasını dərindən hiss etdilər. Bu konfrans, 15 iyunun tək bir qurtuluş deyil, həm də yaddaşın oyanışı, gələcəyə qapı açan bir inam zirvəsi olduğunu bir daha təsdiqlədi. Milli Qurtuluş günü, hər amasiyalının qəlbində bir gün öz ocağına dönəcəyi inamı ilə növbəti dəfə qeyd olundu.
Ülviyyə Əsgər
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər