Türkiyənin İzmir şəhərində ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
Tarix: 16-06-2026 | Saat: 15:00
Bölmə:Ölkə | çapa göndər

Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü baş tutub.
Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Musa Alcı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov, müdir müavini Emin Əliyev, ADAU rektorunun müşaviri Bəxtiyar Nəsibov, həmçinin onlayn formada Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdir müavini Nərgiz Qaraxanova, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, ADAU-EGE Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva, proqram katibi Elcan Məmmədov, Ege Universitetindən isə prorektorlar Murat Boyacı, Aydoğan Savran və EU Kənd təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan iştirak ediblər.
Zəfər Qurbanov çıxışında proqramın uğurla davam etdirildiyini bildirərək əldə olunan nailiyyətlərdən bəhs edib.
Musa Alcı da ADAU tələbələrinin əzm və çalışqanlıqlarını yüksək qiymətləndirib.
Daha sonra proqram direktoru Lamiyə Quliyeva 2025/2026-cı tədris ili ərzində proqram çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə təqdimatla çıxış edib.
Həmçinin, görüş zamanı proqramın icrası, qarşıya qoyulan hədəflər və strateji məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüşdən sonra rəhbər komitə üzvləri Ege Universitetinin Elm İnstitutunda birgə əməkdaşlıq perspektivləri ilə bağlı qarşılıqlı müzakirələr ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər