Səttar Möhbalıyev: "26 İyun Azərbaycan Ordusunun, dövlətçilik İradəsinin, strateji düşüncənin və tarixi zəfərin təntənəsidir"
Tarix: 16-06-2026 | Saat: 15:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın müasir dövlətçilik tarixində elə məsələlər var ki, onlar təkcə bir sahənin deyil, bütövlükdə milli varlığın, suverenliyin və gələcəyin təməl sütunları kimi çıxış edir. Bu baxımdan ordu quruculuğu məsələsi Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Çünki dövlətin gücü yalnız iqtisadi göstəricilər, siyasi nüfuz və diplomatik uğurlarla ölçülmür. Dövlətin həqiqi qüdrəti onun öz sərhədlərini qorumaq, milli maraqlarını müdafiə etmək və xalqının təhlükəsizliyini təmin etmək imkanlarında təzahür edir. Məhz buna görə də Azərbaycan Ordusunun keçdiyi yol təkcə hərbi tarix deyil, həm də siyasi iradənin, strateji baxışın və milli dövlətçilik fəlsəfəsinin təcəssümüdür.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun inkişaf mərhələlərinə nəzər saldıqda bir həqiqət aydın görünür: bugünkü qalib və yenilməz ordunun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən isə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilərək tarixi Zəfərə aparılmışdır. Azərbaycan Ordusunun formalaşma tarixini təhlil edərkən ilk növbədə Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə həyata keçirdiyi uzaqgörən siyasəti qeyd etmək lazımdır. 1969-cu ildə respublika rəhbərliyinə gələn Ulu Öndər yaxşı anlayırdı ki, gələcəkdə Azərbaycanın milli dövlətçilik arzularının gerçəkləşməsi üçün peşəkar hərbi kadr potensialı yaradılmalıdır. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması məhz bu baxışın nəticəsi idi. Sonrakı illərdə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması üçün yaradılan imkanlar gələcək Azərbaycan Ordusunun zabit korpusunun formalaşmasında mühüm rol oynadı. Bu mənada Azərbaycan Ordusunun tarixini yalnız 1991-ci ildən başlamaq doğru olmazdı. Onun ideoloji və kadr bazasının əsasları məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə qoyulmuşdu. Ulu Öndər deyirdi: "Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir." Bu fikir əslində müstəqil Azərbaycanın gələcək hərbi doktrinasının fəlsəfi əsasını təşkil edirdi. Müstəqilliyin ilk illərində Azərbaycan ağır sınaqlarla üzləşdi. Ermənistanın hərbi təcavüzü fonunda ölkədə siyasi böhran, hakimiyyət uğrunda mübarizə və nizamsız silahlı birləşmələrin mövcudluğu dövlətçiliyin özünü təhlükə altına salmışdı. Həmin dövrdə ordu anlayışı faktiki olaraq parçalanmış silahlı dəstələrlə əvəz olunmuşdu. Vahid komandanlıq yox idi, peşəkar idarəetmə sistemi formalaşmamışdı və nəticədə Ermənistan işğalını genişləndirə bilirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlətçiliyin əsas sütunlarından biri olan ordunun yenidən qurulmasına başladı. Ayrı-ayrı silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, nizami ordu quruculuğuna start verildi. Ulu Öndər sonralar bu prosesi belə xarakterizə edirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı." Məhz həmin dövrdə yaradılan sistem sonrakı uğurların əsasını təşkil etdi.
Millət vəkili onu da deyib ki, ordu quruculuğunun siyasi fəlsəfəsi Ulu Öndər Heydər Əliyevin ordu siyasətindən başladı. O, yalnız hərbi texnika və şəxsi heyətin artırılmasına əsaslanmırdı. O, ordunu dövlətin ideoloji dayağı, milli birliyin təcəssümü kimi görürdü. Ulu Öndərin məşhur fikri bu gün də aktuallığını qoruyur: "Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir." Əslində Azərbaycanın sonrakı hərbi qələbələrinin arxasında məhz bu konsepsiya dayanırdı. Vətən müharibəsində bütün xalqın ordu ilə vahid mövqedən çıxış etməsi, cəmiyyətin Ali Baş Komandanın ətrafında sıx birləşməsi bu siyasi fəlsəfənin uğurunu təsdiqlədi. Cənab Prezident İlham Əliyevin dövrü əslində modernləşmə və hərbi gücün zirvəsi oldu. 2003-cü ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafında yeni mərhələ başlandı. Bu dövrü xarakterizə edən əsas amillər bunlar idi: müdafiə xərclərinin davamlı artırılması, müasir silah və texnikaların alınması, milli hərbi sənaye kompleksinin yaradılması, peşəkar hərbi kadr hazırlığının gücləndirilməsi, NATO standartlarına uyğunlaşma və Türkiyə modeli əsasında struktur islahatları. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib: "Ordu quruculuğu bizim üçün prioritet məsələdir." Bu siyasət nəticəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Ordunun maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, hərbi idarəetmə sistemi də müasirləşdirildi. Müasir pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket sistemləri, elektron müharibə vasitələri və xüsusi təyinatlı bölmələrin yaradılması ordunun keyfiyyətcə yeni mərhələyə keçidini təmin etdi. Beləliklə Aprel döyüşləri Zəfərin ilk müjdəsi oldu. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun artıq tamamilə yeni gücə çevrildiyini nümayiş etdirdi. Dörd gün ərzində əldə olunan hərbi uğurlar həm düşmənə, həm də beynəlxalq ictimaiyyətə göstərdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq və lazım gəldikdə torpaqlarını hərbi yolla azad etməyə qadirdir. Aprel döyüşləri əslində 2020-ci ilin Zəfərinə aparan yolun ilk böyük hərbi-siyasi mərhələsi oldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və ordunun peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu işğal altındakı əraziləri azad etdi, Ermənistan ordusunu darmadağın etdi və beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Cənab Prezident İlham Əliyevin 26 iyun 2021-ci ildə dediyi sözlər bu tarixi reallığı ifadə edir: "Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir." Bu müharibə təkcə ərazi bütövlüyünün bərpası deyildi. Bu, eyni zamanda Azərbaycan dövlətinin siyasi iradəsinin, hərbi gücünün və strateji düşüncəsinin təntənəsi idi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycan dövlətinin öz ərazisində suveren hüquqlarını tam şəkildə bərpa etməsi ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat dünya hərb tarixində yüksək dəqiqlik, operativlik və peşəkarlıq nümunəsi kimi qiymətləndirildi. Beləliklə, Azərbaycan Ordusu təkcə torpaqları azad edən deyil, həm də ölkənin tam suverenliyini təmin edən gücə çevrildi. Müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoyub. Komando briqadalarının yaradılması, Milli Müdafiə Universitetinin təsis edilməsi və ordunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması gələcəyin təhlükəsizlik çağırışlarına cavab verən strateji addımlardır. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə hərbi müttəfiqliyini yeni səviyyəyə yüksəldərək regionun təhlükəsizlik arxitekturasında mühüm amilə çevrilib.
Bu gün Azərbaycan Ordusu artıq sadəcə hərbi qurum deyil. O, dövlət müstəqilliyinin qarantı, xalqın qürur mənbəyi və Azərbaycanın beynəlxalq nüfuzunun mühüm dayağıdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə əsası qoyulan, cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə zirvəyə yüksələn Azərbaycan Ordusu tarix yazaraq qalib ordu statusu qazanıb. Bu gün 26 İyun – Silahlı Qüvvələr Gününü qeyd edən Azərbaycan xalqı artıq fərqli bir reallıq içərisində yaşayır. Bu reallığın adı qalib dövlət, müzəffər xalq və yenilməz ordudur. Çünki Azərbaycan Ordusu artıq yalnız sərhədləri qoruyan qüvvə deyil, milli iradənin, dövlət qüdrətinin və tarixi ədalətin simvoluna çevrilib. Bu simvol isə gələcək nəsillərə güclü dövlətin güclü ordu ilə yaşadığını və qalib gəldiyini xatırladacaq - deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər