Mobil versiya
Məşhur iş adamının ailəsinə qarşı 600 minlik şantaj - Həbs olunan var
Tarix: 14-06-2026 | Saat: 13:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məşhur iş adamının ailəsinə qarşı 600 minlik şantaj - Həbs olunan var

Sumqayıt və digər şəhərlərdə biznes fəaliyyəti ilə məşğul olan “Qayalı” mağazalar şəbəkəsinin sahibi İdris Quliyevin ailəsi şantaja məruz qalıb.

İş adamının oğlu Məhəmməd Quliyevdən hədə-qorxu yolu ilə 600 000 manat tələb olunub.

Məhəmməd Quliyevi instaqram hesabı üzərindən hədələyən isə 1992-ci il təvəllüdlü Sumqayıt sakinidir.

Belə ki, təqsirləndirilən şəxs instaqram hesabı vasitəsilə iş adamının oğluna mesaj yazaraq, özünü Sumqayıt şəhərində və ətraf ərazilərdə baş vermiş yanğın hadisələrini törədən cinayətkar qruplaşmanın üzvü kimi təqdim edib.

O, Quliyevlərin sahib olduqları obyektlərin dəqiq koordinatları və ailə üzvlərinin hərəkət trayektoriyaları barədə üzvü olduğu cinayətkar qruplaşmada dəqiq məlumatlar olmasını bildirib. İdris Quliyevin oğlundan 600.000 manat tələb edən cinayətkar, pulu əldə etməyəcəyi təqdirdə həmin obyektləri yandıracaqlarını, ailə üzvlərini öldürəcəklərini bildirib.

Məhəmməd Quliyev bu barədə atasına məlumat verib, daha sonra onlar polisə üz tutub. Bundan sonra cinayətkarla Məhəmməd Quliyev arasında aparılan danışıqlar təqsiriləndirilən şəxsin ələ keçirilməsi məqsədilə polisin nəzarətində aparılıb. İdris Quliyevin oğlu daha da inandırıcı olmaq üçün cinayətkara əvvəlcə 300 000 manat verə biləcəyini, qalan məbləği isə daha sonra ödəyəcəyini bildirib.

Bundan sonra hüquq-mühafizə orqanları həmin şəxsin kimliyini müəyyən edərək saxlayıb. O, məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təqsirli bilinib və həmin maddənin sanksiyası həddində cəzalandırılaraq dəmir barmaqlıqlar arxasına göndərilib.//Xitab24.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-06-2026