Mobil versiya
Türkiyədə ATIŞMA: 2 polis şəhid oldu - FOTO
Tarix: 17-05-2026 | Saat: 18:19
Bölmə:Dünya | çapa göndər

Türkiyədə ATIŞMA: 2 polis şəhid oldu - FOTO


Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda silahlı münaqişəyə müdaxilə edən iki polis əməkdaşı baş verən atışmada ağır yaralanıb, şübhəli şəxs isə zərərsizləşdirilib.

aia.az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi yaralı polislərin xəstəxanada şəhid olduğunu açıqlayıb.

Hadisə Çorlu rayonunun Reşadiye məhəlləsi, Kumyol küçəsində yerləşən ticarət mərkəzlərindən birində qeydə alınıb.

Məlumata görə, binanın ikinci mərtəbəsində silahlı insident baş verməsi barədə daxil olan müraciətdən dərhal sonra əraziyə polis qüvvələri cəlb olunub.

Hadisə yerinə gələn mülki geyimli asayiş keşikçilərinə şübhəli şəxs tərəfindən atəş açılıb və nəticədə 2 polis zabiti ağır yaralanıb. Bundan sonra hadisə yerinə çoxlu sayda əlavə polis qüvvələri və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Cinayəti törədən şəxs hüquq-mühafizə orqanlarının cavab atəşi ilə zərərsizləşdirilib.

Yaralı polislər və şübhəli şəxs hadisə yerində edilən ilk tibbi müdaxilədən sonra Çorlu Dövlət Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq zabitlərin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2026