"Çelsi"dən Xabi Alonso ilə bağlı qərar
Tarix: 17-05-2026 | Saat: 18:04
Bölmə:İdman | çapa göndər

"Çelsi" klubu rəsmi saytı vasitəsilə Xabi Alonsonun komandanın yeni baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib.
"aia.az" xəbər verir ki, ispaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Alonso ilə imzalanmış müqavilənin müddəti dörd il təşkil edir.
"Onun bu təyinatı klubun zəngin təcrübəsinə, məşqçilik qabiliyyətinə, oyun fəlsəfəsinə, liderlik xüsusiyyətlərinə, xarakterinə və dürüstlüyünə olan inamını nümayiş etdirir. Sadalanan bu cəhətlər mütəxəssisin "Çelsi"nin növbəti inkişaf mərhələsinə rəhbərlik etməyə dəvət olunmasında həlledici amillər olub", - deyə London klubunun yaydığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, Alonsonun sonuncu iş yeri "Real Madrid" olub. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər sözügedən komandaya rəhbərlik edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-05-2026
09:00 WUF13 başladı - Fotolar
16-05-2026