Mobil versiya
“Azərbaycan rəhbərliyinə təşəkkür edirəm” - Anaklaudia Rossbax
Tarix: 17-05-2026 | Saat: 09:58
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan rəhbərliyinə təşəkkür edirəm” - Anaklaudia Rossbax


“Azərbaycan rəhbərliyinə önəmli nazirlər görüşünə və ümumilikdə forumun təşkilinə görə təşəkkür edirəm”.

“aia.az” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə deyib.

“2026-cı il islahedici tədbirlər baxımından önəmlidir və bir sıra suallara cavab tapmaq üçün imkandır. Bu illər ərzində irəliləyiş də qeydə alınıb. Ölkələrin üçdə ikisi milli siyasətlərini qəbul ediblər”, - deyə Rossbax vurğulayıb.

Onun sözlərinə görə, mənzil sahəsində inkişaf etməkdə olan ölkələrdə evsizlik əsas problemdir. O burada daşqın və quraqlıq kimi iqlim məsələlərinin də rol oynadığını bildirib.

“Bu iclas birinci onillik ərzində fəaliyyətləti təhlil etmək üçün əla fürsətdir”, - icraçı katib əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2026