Mobil versiya
Hakan Fidanla Əraqçi telefonla danışdılar
Tarix: 08-05-2026 | Saat: 19:27
Bölmə:Dünya | çapa göndər

Hakan Fidanla Əraqçi telefonla danışdılar

Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidan və Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

aia.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı tərəflər Yaxın Şərqdə cərəyan edən son hadisələri müzakirə edib və regiondakı cari vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, saziş bağlamaq üçün Tehrana təzyiqləri artıran rəsmi Vaşinqton İran limanlarının və Hörmüz boğazının blokadaya alındığını elan edib. İran tərəfi isə buna cavab olaraq boğazın Fars körfəzi ölkələrinə gedən gəmilər üçün tamamilə bağlandığını bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2026