Mobil versiya
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Gədəbəy rayonunda qeyd olundu -Fotolar
Tarix: 08-05-2026 | Saat: 17:12
Bölmə:Özəl | çapa göndər

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Gədəbəy rayonunda qeyd olundu

Mayın 8-də Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Gədəbəy rayonunda qeyd olundu.

aia.az xəbər verir ki, Tədbirə başlamazdan əvvəl Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzüb, əziz xatirəsi ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirə muzeyinə baxış keçirildi .

Tədbirdə geniş məruzə ilə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev bildirdi ki, Ulu Öndər yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. O qeyd etdi ki, ” Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan, qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, eyni zamanda uzaqgörən və məqsədyönlü siyasəti ilə öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, davamlı mübarizə apararaq onu əbədi müstəqilliyə qovuşdurmuş Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin xalqımızın müqəddəs mirası olduğunu bildirmiş, bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğundan bəhs etmişdir”.

Tədbirin bədii hissəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi. Tədbir çərçivəsində səsləndirilən musiqi nömrələri, vətənpərvərlik ruhunu, milli dəyərləri və dövlətçilik ənənələrini tərənnüm edən çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Sonra tədbir iştirakçılarına fəxri fərmanlar təqdim olunub. Fəxri fərmanlar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev və YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev tərəfindən təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2026