Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olundu. -Fotolar
Tarix: 08-05-2026 | Saat: 15:46
Bölmə:Siyasət | çapa göndər

Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Universitetinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi: müasir Azərbaycan dövlətçiliyinin strateji təməlləri və gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının rəhbərliyi, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin rəhbərliyi və üzvləri, MDU-nun, Tibb və Turizm Kolleclərinin rəhbərliyi, müəllim və tələbələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, idarə və müəssisələrin təmsilçiləri, şəhid ailələrinin üzvləri, qazilər, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzinin geniş foyesində məktəblilərin əl işlərindən ibarət olan rəsmlərə və kitab sərgisinə baxış keçirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Konfransda giriş nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs edib. Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndərin zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövrü çox uğurlu, səmərəli və yüksək inkişaflı olub.
1993-cü ildə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycanın intibah dövrü kimi tarixə düşmüşdür. Hakimiyyətə qayıdışının ilk illərində müharibə vəziyyətində olan ölkəmizdə nizami ordu yaradılmamışdı, vahid komandanlıq yox idi, qanunsuz silahlı dəstələr müəyyən qüvvələrin ambisiyalarına və şəxsi maraqlarına xidmət edirdilər. Bu isə ölkədə hərc-mərclik və anarxiya yaratmışdı. Belə ağır bir dövrdə Ulu Öndər Azərbaycanımızın müstəqilliyini qoruyub saxladı, ölkəmizi xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən qorudu, dövlətlə xalqın birliyinə nail oldu. Onun rəhbərliyi altında ictimai-siyasi sabitlik bərpa olundu, hərbi əməliyyatlar dayandırıldı. Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan qurtardı. Həmin il iyunun 15-də hakimiyyətə qayıdışı və tariximizin yeni bir mərhələsinin quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu. Dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Dövlətçiliyimizin möhkəmləndirilməsi üçün bir çox sahələrin inkişafını təmin etdi. Müstəqil Azərbaycanın inkişaf etdirilməsində təməl prinsipini müəyyənləşdirdi.
İcra başçısı qeyd etdi ki, bu prinsiplər siyasi və iqtisadi sahələrdə özünü göstərir: Müstəqil və balanslı xarici siyasət, daxili sabitlik və sosial-mədəni təməllər, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilir. Ordu quruculuğunun və hərbi strategiyanın inkişafı, bazasının genişləndirilməsi həyata keçirilən öncül prinsiplərdən idi. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi yolu qətiyyətlə davam etdirərək Azərbaycanın qüdrətini daha da artırıb. Bu tarixi yol Azərbaycana dünyanın aparıcı dövlətləri tərəfindən iqtisadi-siyasi dividentlər qazandırır.
Bu gün ölkəmiz sürətlə inkişaf edir, beynəlxalq aləmdə nüfuzu artır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər və antoterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu qələbənin, bu uğurun təməlini qoyan, xalqımızın müdrik oğlu, dahi şəxsiyyət Heydər Əliyev hər birimizin qəlbində əbədi yaşayacaqdır. Onun örnək ömür yolu hər zaman öyrəniləcək, xatirəsi əziz tutulacaqdır.
Konfransda millət vəkili Aydın Mirzəzadə Ulu Öndər Heydər Əliyevin fəaliyyətində əsas yerlərdən birini tutan regionlara göstərdiyi qayğıdan, o cümlədən Mingəçevirə yönələn diqqət və qayğısından bəhs edib. YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” məruzəsində partiyanın uğurlarından danışıb. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” adlı məruzəsində Ulu Öndərin təhsilə və təhsil işçilərinə göstərdiyi qayğılarından, gənc nəslin xaricdə təhsilinin təşkilinin təmin edilməsindən, YAP veteranı Nurcamal Əsgərova “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” məruzəsində səhiyyəmizin uğurlarından, bu uğurlarda Heydər Əliyev fenomeninin rolundan bəhs edib.
Tədbir rəsmi hissədən sonra bədii hissə ilə davam edib, kompozisiya və musiqi töhfələri təqdim olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər