Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
Tarix: 08-05-2026 | Saat: 18:43
Bölmə:Ölkə | çapa göndər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərləri, Zaqatala, Qax və Qəbələ rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
aia.az xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 22 ünvanında, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1176-cı məhəllədə, Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsi 3166-cı məhəllədə, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Xəzər rayonu Şağan qəsəbəsində, Gəncə şəhəri Mübariz İbrahimov küçəsində, Zaqatala rayonu Əliabad qəsəbəsində, Qax rayonu Əlibəyli kəndində, Qəbələ rayonu Tüntül kəndi və Nic qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər