ABŞ prezidenti Tramp Rusiya prezidenti Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb
Tarix: 16-10-2025 | Saat: 21:48
Bölmə:Özəl | çapa göndər

ABŞ prezidenti Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün gələn həftə iki ölkənin nümayəndə heyətlərinin məşvərət toplantısı keçirəcəyini və Macarıstanın paytaxtı Budapeştdə Rusiya prezidenti Putinlə görüşəcəyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı açıqlama yayıb.
Tramp açıqlamasında Putinlə çox məhsuldar telefon danışığı apardığını, Putinin də onu Yaxın Şərq sülhü münasibətilə təbrik etdiyini bildirib.
ABŞ dövlət katibi Marko Rubionun başçılıq etdiyi ABŞ heyətinin gələn həftə təyin olunacaq bir yerdə Rusiya nümayəndə heyəti ilə görüşəcəyini qeyd edən Tramp, “Prezident Putinlə Macarıstanın paytaxtı Budapeştdə Rusiya ilə Ukrayna arasındakı bu utanc verici müharibəni sona çatdırmaq üçün razılaşdığımız yerdə görüşəcəyik” dedi.
Yaxın Şərq sülhünün Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara kömək edəcəyini qeyd edən Tramp, "(Ukrayna) prezidenti (Volodimir) Zelenski ilə sabah prezident Putinlə söhbətimi və bir çox başqa məsələləri müzakirə etmək üçün Oval kabinetdə görüşəcəyik. İnanıram ki, bugünkü telefon danışığında böyük irəliləyiş əldə edilib".
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2025