Mobil versiya
Fələstin Baş Naziri: Qəzza Fələstinin bir hissəsidir və biz onu İordan çayının qərb sahili kimi idarə edəcəyik
Tarix: 16-10-2025 | Saat: 21:17
Bölmə:Özəl | çapa göndər

Fələstin Baş Naziri: Qəzza Fələstinin bir hissəsidir və biz onu İordan çayının qərb sahili kimi idarə edəcəyik

Fələstinin baş naziri Məhəmməd Mustafa Qəzzanın Fələstin ərazisinin bir parçası olduğunu və İordan çayının qərb sahilini idarə etdikləri kimi Qəzzanı da idarə edəcəklərini bildirib.
Mustafa Ramallahda "Qəzzanın Bərpası və Yenidənqurma Planı" ilə bağlı diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi toplantıdan əvvəl mətbuat konfransında danışıb.

Baş nazir Mustafa Qəzzanın idarəçiliyi ilə bağlı heç bir orqandan zəmanət istəmədiklərini vurğulayaraq, "Bura bizim ölkəmizdir və Qəzza beynəlxalq hüquqa və 1990-cı illərdə imzalanmış Oslo razılaşmalarına görə Fələstin torpaqlarının bir hissəsidir. (İsrail) işğalı davam edərkən, biz də Qərb Sahilinə və Qəzzaya tətbiq edirik."
Fələstin hökumətinin Qəzzada nə vaxt varlıq quracağına gəlincə, Mustafa qeyd edib ki, yaxın günlərdə nələr olacağını təxmin etmək mümkün deyil və belə davam edib:

"Yerdə vəziyyət mürəkkəbdir. İsrail nə edəcək? Qəzzadan geri çəkilmə qaydalarının nə vaxt həyata keçiriləcəyini bilmirik. Amma deyə bilərəm ki, Fələstin Administrasiyası Qəzzanı dövlətin ərazisinin bir hissəsi hesab edir və onun tam nəzarətinə keçməsi üçün gecə-gündüz çalışır".

HƏMAS-ın tərksilahı məsələsinə toxunan Mustafa ABŞ prezidenti Donald Trampın planının aydın olduğunu və HƏMAS-ın tərksilahını nəzərdə tutduğunu bildirib.

Mustafa Fələstin dövlətinin institusional olaraq bir çətir altında birləşməsini istədiklərini və qanuni hökumətin silahlarından başqa heç bir silaha ehtiyaclarının olmadığını vurğulayıb.

Baş nazir Mustafa bəyan edib ki, Fələstin hökuməti ərəb və beynəlxalq ekspertlərlə birgə 67 milyard dollara başa gələn üç fazalı, beş illik “Qəzzanın bərpası və yenidən qurulması planı” hazırlayıb.

Mustafa planın təfərrüatlarını paylaşaraq, ehtiyacları qarşılayacaq birinci mərhələnin 6 ay davam edəcəyini və 3,5 milyard dollara başa gələcəyini bildirib. Üç il davam edəcək ikinci mərhələ 30 milyard dollara başa gələcək. Son mərhələdə əsas diqqət yenidənqurma işlərinin başa çatdırılmasına yönəldiləcək.

F.Mustafa Misirdə keçirilməsi planlaşdırılan yenidənqurma konfransında da çıxış edərək, bu konfransın beynəlxalq maliyyə vəsaitlərinin toplanması və yenidənqurma işlərinin davam etdiyini təsdiqləmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Mustafa, "İsrail tərəfi Qəzza zolağından çəkilmək, sərhəd keçidlərini açmaq, yardımların daxil olmasına icazə vermək və yenidənqurma işlərini asanlaşdırmaqla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, əks halda heç nəyə nail ola bilmərik" dedi.

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqların yaxın günlərdə başlaması planlaşdırılır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2025