Mobil versiya
İsraildən Yunanıstana təəccüblü təklif! Hədəf Türkiyədir?
Tarix: 16-10-2025 | Saat: 21:37
Bölmə:Özəl | çapa göndər

İsraildən Yunanıstana təəccüblü təklif! Hədəf Türkiyədir?
Kathimerini qəzetində İsrailin Yunanıstana adalarda istifadə oluna biləcək hava hücumundan müdafiə sistemləri təklif etdiyi iddia edilib.Yunanıstanın “Kathimerini” qəzetində yer alan xəbərə görə, İsrail uzun müddətdir müzakirə edilən “Spyder All in One” hava hücumundan müdafiə sistemi ilə yanaşı, Afinaya adaların mürəkkəb coğrafiyasına uyğun əlavə sistemlər təklif edib.

İsrailin Yunanıstana İHA müdafiə sistemi kimi də istifadə edilə bilən lazer sistemləri təklif etdiyi və Yunanıstan Silahlı Qüvvələrinin bu təklifi dəyərləndirdiyi bildirilib.

YÜKSƏK TEXNOLOGYALI DRONLAR TƏKLİF EDİLİR
Hesabatda həmçinin qeyd olunub ki, İsrail şirkətləri hətta kiçik, kimsəsiz adalarda belə asanlıqla yerləşdirilə bilən, batareya ilə işləyən, məlumat toplayan və lazım gəldikdə potensial təhlükələrə cavab verən yüksək texnologiyalı “qatil dronları” təklif ediblər.

Hesabatda Afinanın Avropa Birliyinin (AB) 2027-ci ilə qədər xarici sərhədlərini əhatə edən pilotsuz təyyarə divarı qurmaq planını müsbət qarşıladığı və Yunanıstanın Türkiyənin müdafiə sənayesinin bu sistemlərə daxil edilməməsi ilə bağlı fikirlərini ifadə etdiyi qeyd edilib.

“NATO ÖLKƏLƏRİNİN ƏKSƏSİ Türkiyəni DƏSTƏKLƏYİR”
Hesabatda vurğulanıb ki, Türkiyə müdafiə sənayesinin pilotsuz uçuş aparatları sahəsində təcrübəsi sayəsində NATO-ya üzv olan bir çox dövlət tərəfindən alyansın çəkindirici gücünə töhfə verən ölkə kimi baxılır. O, həmçinin qeyd edib ki, AB daxilində Almaniya, İspaniya və İtaliya Yunanıstan, Fransa və Cənubi Kipr Rum Administrasiyasının (GCASC) qarşı çıxmasına baxmayaraq Türkiyəni dəstəkləyir.

Hesabatda Yunanıstanın köhnəlmiş hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməyə çalışdığı və pilotsuz uçuş aparatları sahəsində İsraillə əməkdaşlığı daha da gücləndirdiyi vurğulanıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2025