Mobil versiya
Ramiz Mehdiyevlə bağlı TƏBİB-dən açıqlama
Tarix: 16-10-2025 | Saat: 12:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ramiz Mehdiyevlə bağlı TƏBİB-dən açıqlama

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsində səhhətinin pisləşdiyi, bu səbəbdən onun üçün həkim briqadası çağırılmasına dair xəbərlər yayılıb.

aia.az teleqraf.az-a istinadən xəbər verir ki, TƏBİB-dən Ramiz Mehdiyevlə bağlı Təcili Tibbi Yardıma hər hansı çağırış daxil olmadığı bildirilib.

Qeyd edək ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. 87 yaşlı akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2025