Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 17 oktyabrın “Füzuli şəhəri günü” kimi təsis olunması bu bölgənin imkanlarını daha da yüksəltdi”
Tarix: 16-10-2025 | Saat: 22:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biri də 17 oktyabr 2020-ci ilə təsadüf edir. Həmin gün Füzuli şəhəri işğaldan azad olundu və bununla da Qarabağ Zəfərinin simvolik başlanğıcı reallığa çevrildi. Bu gün, dörd illik bir zaman kəsiyindən sonra bu torpaqda həyat yenidən canlanır. Füzuli indi yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycan dövlətinin gələcəyə baxışının, quruculuq və bərpa siyasətinin mərkəzinə çevrilmiş müasir inkişaf modelidir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.
Millət vəkili Füzulinin erməni vandallığından aldığı yaralardan və bugünkü dirçəlişindən bəhs edərkən, buranın həm də azad edilmiş ərazilər arasında ən çox minalanmış rayonlardan biri olduğunu vurğulayıb: “30 ilə yaxın davam edən işğal dövründə bu torpaqlar dağıdılıb, yaşayış məntəqələri yerlə-yeksan edilib, təbiətə və infrastruktur obyektlərinə ölçüyəgəlməz zərər vurulub. Amma bütün bu məhv edilmiş mənzərə qarşısında Azərbaycan dövləti əyilmədi. Əksinə, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sistemli şəkildə bərpa planı həyata keçirilir. Mina təmizləmə işləri, infrastrukturun bərpası, yeni yollar, hava limanı, enerji xətləri və yaşayış kompleksləri Füzulinin dirçəlişinin konkret ifadəsidir. Bu gün Füzuli “Böyük Qayıdış” proqramının ön cəbhəsində dayanır. Dövlət tərəfindən qəbul edilmiş proqramın birinci mərhələsinə əsasən, 2026-cı ilin sonuna qədər 22 min insanın Füzuliyə qayıdışı təmin olunacaq. Qarabağ və Şərqi Zəngəzur üzrə ümumi hədəf isə 140 min insanın doğma yurduna dönməsidir. Bu, sadəcə sosial layihə deyil. Bu, Azərbaycanın ədalətli sülh və dayanıqlı inkişaf strategiyasının təcəssümüdür. Füzuli həm də beynəlxalq həmrəyliyin və dostluğun rəmzinə çevrilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə şəhərdə müasir məktəb inşa olunması, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Türk dünyasının birliyinin və qardaşlıq dəyərlərinin bariz göstəricisidir. Bu layihələr təkcə təhsil və mədəniyyət ocaqları deyil, həm də azad edilmiş torpaqlarda yeni nəsillərin yetişdirilməsi üçün mənəvi körpüdür.”
Daha sonra G.Qəhrəmanov Füzuli şəhəri gününün təsis edilməsinin əhəmiyyətindən danışıb: “Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabrın “Füzuli şəhəri günü” kimi təsis olunması bu bölgənin imkanlarını daha da artırır. Hər il bu tarixdə həm qəhrəman şəhidlərimizin xatirəsi anılır, həm də bərpa olunan torpaqlarda dövlətin gücü, xalqın iradəsi və milli birliyin nəticələri nümayiş etdirilir. Bu gün Füzuli şəhəri artıq müasir memarlığı, yeni salınmış yaşayış massivləri, sənaye zonaları və sosial infrastruktur layihələri ilə bölgənin inkişaf modelinə çevrilir. İşğalın izləri bir-bir silinir, həyat geri qayıdır. Əgər 2020-ci il bu torpaqlarda azadlığın başlanğıcı idisə, indi 2025-ci il Füzulinin intibah dövrünün təntənəsidir. Füzulinin dirçəlişi bir daha sübut edir ki, Azərbaycanın dövlət siyasətinin mərkəzində insan, onun rifahı və doğma torpağına qayıdışı dayanır. Bu torpaqlar artıq təkcə azad edilmiş məkan deyil, həm də milli iradənin, dostluğun və müasir dövlətçilik ideologiyasının təcəssümüdür” – deyə, millət vəkili fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2025