Avropa Parlamenti vizanın liberallaşdırılmasının dayandırılmasını asanlaşdıran düzəlişi təsdiqləyib
Tarix: 07-10-2025 | Saat: 20:26
Bölmə:Özəl | çapa göndər

Avropa Parlamenti (AP) insan hüquqlarını pozduğu və ya beynəlxalq məhkəmə qərarlarına əməl etməyən üçüncü ölkə vətəndaşlarının vizasız səyahət hüququnun dayandırılmasını asanlaşdıran yeni düzəlişi təsdiqləyib.Hazırda İsrail də daxil olmaqla Şengen bölgəsinə vizasız səyahət təklif edən ölkələrə təsir edəcəyi gözlənilən düzəliş Avropa Parlamentinin Baş Assambleyasında 518 lehinə, 96 əleyhinə səslə keçib.
Mövcud Avropa İttifaqı (Aİ) rejiminə əsasən, İsrail, Avstraliya, Braziliya, Yaponiya, Böyük Britaniya, Ukrayna və Qərbi Balkanlar daxil olmaqla 61 ölkənin vətəndaşları istənilən 180 günlük müddət ərzində 90 günə qədər qısamüddətli qalmaq üçün Şengen zonasına gedə bilərlər.
Aİ müəyyən şərtlər daxilində vizasız rejimi dayandıra bilsə də, yeni düzəliş dayandırma mexanizminin aktivləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır.
Məsələn, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin pozulması, beynəlxalq insan hüquqlarının və ya humanitar hüququn ciddi şəkildə pozulması, beynəlxalq məhkəmələrin qərarlarına əməl edilməməsi indi ölkədə viza liberallaşdırılmasının dayandırılması üçün etibarlı əsas olacaq.
Bundan əlavə, əgər viza liberallaşdırılması dayandırılarsa, həmin ölkədəki dövlət məmurları azad edilməyəcək.
Düzəlişin qüvvəyə minməsi üçün son nəticədə Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-10-2025