Birliyin "güc"ü... "Türk Dövlətləri Təşkilatının gündəliyinə istiqamət verən ölkə, məhz Azərbaycandır" - DEPUTAT
Tarix: 07-10-2025 | Saat: 20:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

İllər ərzində Türk Dövlətləri Təşkilatının daha çox iqtisadi və mədəni məsələlər üzərindən əməkdaşlıq etməsinin şahidi idik. Bu gün isə bu təsisat nəinki üzv və müşahidəçi dövlətlərin regionunda, dünyada siyasi gücə çevrilir. Bunu təsbit və təsdiq edən amil odur ki, zirvə görüşlərində təhlükəsizlik, müdafiə kimi olduqca konkret, ağır mövzular müzakirə olunur. Bu dəfəki XII Zirvə görüşünün mövzusu da kifayət qədər əhəmiyyətlidir”.
Bu barədə mətbuata danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan bu Zirvə görüşü Azərbaycanın siyasi gündəliyi ilə üst-üstə düşür, çünki Azərbaycan üçün indiki məqamda əsas amillərdən biri sülh məsələsinin sürətləndirilməsidir.
Deputatın fikrincə, digər mühüm amil odur ki, nəqliyyat və kommunikasiyaların inkişafında TDT-yə üzv dövlətlərin hər biri maraqlıdır, bu istiqamətdə önəmli addımlar atılır: “Reallaşacaq layihələrdə, layihələrin gətirəcəyi yeniliklərdən sonra yaranan mühitdə təhlükəsizlik aspekti son dərəcə mühümdür. Odur ki, bu Zirvə Görüşü sadəcə Türk coğrafiyasının deyil, Mərkəzi Asiyadan Avropaya qədər böyük region olmaqla daha geniş mənada Avrasiyanın təhlükəsizliyi baxımdan önəmli müzakirələrə şahidlik edəcək. Məhz bu görüşdə alınacaq geosiyasi və geoiqtisadi qərarlar qarşıda yeni çağırışlar müəyyənləşdirəcək. Qəbələdə konkret qərarlar alınacaq, yeni yol xəritəsi müəyyənləşdiriləcək. Vaxtilə bizə uzaq gələcək kimi görünən məsələlərin bu gün real icrasının şahidiyik. Türk dövlətləri arasında iqtisadi əlaqələr daha da genişlənir, müdafiə məsələləri üzrə məsləhətləşmələr aparılır. Nəqliyyat və enerji layihələri bu gün TDT üçün əsas hədəflər kimi müəyyənləşdirilir”.
Azər Badamov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə görüşü 2024-cü ilin noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib və bu görüş Bakıda keçirilən COP29-dan əvvəl idi, məhz bu Görüşdə TDT-nin COP29 tədbiri ilə bağlı Azərbaycana göstərilən böyük dəstəyinin şahidi olduq: “Həmin Zirvə görüşündə Macarıstanın Baş naziri Viktor Orban çıxışında “Biz qonşumuz olmayan Türkiyədən və Azərbaycandan təbii qaz alırıq” deyərək bir daha Azərbaycanın və Türkiyənin öz ölkəsinin enerji təhlükəsizliyinə töhfə verdiklərini vurğuladı, təşəkkürünü ifadə etdi”.
“TDT-nin gətirdiyi iqtisadi qazancları vurğulamaq üçün təkcə 2024-cü ilin statistikasına nəzər yetirmək kifayətdir. Belə ki, həm ildə TDT-ə üzv ölkələrlə ticarət dövriyyəmiz təxminən 6,9 milyard ABŞ dollarına qədər yüksəlib. Nəzərə alsaq ki, bu rəqəm ölkənin ümumi xarici ticarət dövriyyəsinin 14,5 faizini təşkil edib, deməli, kifayət qədər uğurlu addımlar atılıb. Nizamnamə kapitalının 600 milyon dollara qədər artırılması hədəf qoyulan Türk İnvestisiya Fondu iqtisadi inkişaf baxımından yaradılmış təsisatdır. Fond infrastruktur, enerjidən tutmuş Qarabağın dirçəldilməsinə qədər bir sıra əhməiyyətli məsələlərə dəstək verir”-deyə deputat qeyd edib.
Azər Badamov bildirib ki, strateji baxımdan yanaşdığımız zaman qarşıda dayanan əsas layihələrdən biri “Beynəlxalq sülh və rifah üçün TRAMP marşrutu” (TRIPP) hesab olunur: “Bu marşrut sadəcə Cənubi Qafqaz, TDT regionu üçün önəmli deyil, layihə Mərkəzi Asiyadan Avropaya qədər, bütövlükdə Avrasiyanın iqtisadi potensialını artıracaq. Məhz belə strateji qərarlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev qətiyyətli və uğurlu addımlar atır. Demək olar ki, TDT-nin gündəliyinə istiqamət verən ölkə məhz Azərbaycandır. Azərbaycan Liderinin mürəkkəb situasiyalarda çıxış yolu tapması, praqmatik və dəqiq siyasəti TDT ailəsi tərəfindən yüksək dəyərləndirilir. Bir sözlə, TDT iqtisadi-ticari əlaqələrin inkişafında, sülhün qalıcı olmasında maraqlıdır. Tarixi İpək yolunun yenidən canlanması, təhsil sahəsində yeni əməkdaşlıqların yaradılması istiqamətində önəmli qərarlar alınır ki, bu da uzaq gələcəyə doğru müəyyənləşdirilən hədəflərdir”.
İradə Cəlil
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-10-2025