Mobil versiya
DİN III MDB Oyunlarında sutkalıq xidmət tətbiq edib - VİDEO+FOTOLAR
Tarix: 07-10-2025 | Saat: 17:06
Bölmə:Manşet / Ölkə | çapa göndər

DİN III MDB Oyunlarında sutkalıq xidmət tətbiq edib -

III MDB Oyunları zamanı idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri tədbirlər görülüb.

aia.az xəbər verir ki, yarışların keçirildiyi şəhərlərdə nəqliyyatın hərəkəti tənzimlənib, iri tutumlu avtobusların və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün şərait yaradılıb.

Oyunların keçirildiyi məkanlarla yanaşı, istirahət obyektləri, restoranlar, otellər və qonaqların sıx toplaşdığı digər yerlərdə də təhlükəsizlik tədbirləri gücləndirilib.

Avtobus parkları və xidmət nəqliyyatı DİN əməkdaşlarının 24 saatlıq mühafizəsi altında olub.

Xidmətin səmərəli təşkili məqsədilə hər gün keçirilən təlimatlarda şəxsi heyətin vəzifə öhdəliklərinə dair tapşırıqlar verilib.

Bütün müraciətlərə operativ reaksiya verilib, idmançıların, qonaqların, azarkeşlərin və nümayəndə heyətlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılıb.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2025