Səttar Möhbalıyev: "Türk birliyinin Qəbələ zirvəsi geosiyasi gücün yeni formulu oldu"
Tarix: 07-10-2025 | Saat: 19:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

Qəbələ bu dəfə yalnız tarixi və təbiət gözəllikləri ilə deyil, həm də türk dünyasının gələcəyini müəyyən edən qərarların mərkəzinə çevrildi. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Azərbaycan Prezidenti cənab İlham Əliyevin ev sahibliyi ilə keçdi. Zirvədə səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, artıq Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəzə çevrilmiş strateji güc birliyidir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.” Deyilən fikrin arxasında çoxillik siyasi uzaqgörənlik, qarşılıqlı etimada əsaslanan diplomatik xətt və Türk dövlətləri arasında dərinləşən inteqrasiya dayanır. Məhz bu inteqrasiya XXI əsrin beynəlxalq münasibətlər sistemində yeni güc qütbünün formalaşmasına təkan verir.
Bu sözləri aia.az- a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, biz həm də Naxçıvandan Qəbələyə uzanan mükəmməl bir ideya xəttini görürük. 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi Türk dövlətləri arasında sülh və təhlükəsizliyin təmin edilməsini əsas məqsəd kimi müəyyən etmişdi. Qəbələ Zirvəsi isə bu sənədin ruhuna uyğun olaraq vahid təhlükəsizlik məkanının möhkəmləndirilməsi yolunda mühüm mərhələ oldu. Cənab Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğuladı: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir.” Azərbaycanın təşəbbüsü ilə 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi bu istiqamətdə yeni addımdır. Bu təşəbbüs, əslində, bölgənin müdafiə gücünün birləşdirilməsini və gələcəkdə mümkün təhdidlərə qarşı kollektiv təhlükəsizlik modelinin formalaşdırılmasını nəzərdə tutur. Cənab Prezident İlham Əliyev çıxışında 2020-ci ilin Zəfərini və 2023-cü ilin antiterror tədbirlərini xatırladaraq, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını beynəlxalq hüququn real təntənəsi kimi dəyərləndirdi: “Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin təntənəsi deyil, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.” Bu gün Azərbaycan artıq sülhün və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Vaşinqtonda sülh sazişinin paraflanması, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması — bütün bunlar Azərbaycanın sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqda Azərbaycan öz qətiyyəti ilə həm siyasi, həm mənəvi üstünlüyü təmin edib. Qəbələ Zirvəsində diqqət çəkən əsas istiqamətlərdən biri nəqliyyat və kommunikasiya əlaqələri idi. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizlərinin fəal iştirakçısıdır. 2022-ci ildən bəri Orta Dəhlizlə yüklərin həcmi 90 faiz artıb, bu isə təkcə iqtisadi deyil, həm də geosiyasi hadisədir. Zəngəzur Dəhlizinin açılması isə bu sistemin strateji tamamlayıcısı olacaq. Dövlət başçısının sözləri ilədesəm: “Zəngəzur Dəhlizi həm Orta Dəhliz, həm də Şimal–Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.” Bu, Türk dünyasının fiziki və iqtisadi birliyini təmin edən yeni ipək yolu rolunu oynayacaq. Azərbaycan bu yolda mərkəzi körpü, dayanıqlı enerji və logistika mərkəzi kimi çıxış edir. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki rolu artıq qlobal səviyyədə tanınır. Cənab Prezidentin sözləri ilə desək: “Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.” Bu, Azərbaycanın iqtisadi gücünün və enerji siyasətinin effektivliyinin göstəricisidir. Eyni zamanda ölkəmiz bərpaolunan enerji sahəsində də liderlik iddiasını ortaya qoyur – 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin məhz yaşıl mənbələrdən təmin edilməsi planlaşdırılır. Bu strategiya həm də TDT ölkələri arasında yaşıl enerji dəhlizi ideyasını reallığa çevirəcək.
Millət vəkili onu da deyib ki, Azərbaycanın 20 milyard dollardan çox sərmayə qoyduğu Türk ölkələri iqtisadi əməkdaşlığın səmərəli modelini nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu vəsaitlərin əsas hissəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fondlara yönəlib. Bu, təkcə maliyyə axını deyil, həm də birgə inkişaf fəlsəfəsi deməkdir. TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi türk dövlətlərini dünya iqtisadi sistemində vahid güc mərkəzinə çevirəcək. Cənab Prezident İlham Əliyevin təklifi ilə gələn il 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyd ediləcək. Bu ideya türk mədəni birliyinin təməlinə ehtiramın göstəricisidir. Çünki siyasi və iqtisadi inteqrasiyanın arxasında ortaq dil, ortaq tarix, ortaq mənəvi dəyərlər dayanır. Cnab Prezident çıxışının sonunda Qarabağın bərpasında qardaş ölkələrin dəstəyini xüsusi minnətdarlıqla qeyd etdi: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas adına məktəb, Cəbrayılda macar qardaşlarımızın hədiyyəsi olan məktəb, Türkmən qardaşlarımızın Füzuli məscidi – bunlar Türk birliyinin canlı rəmzləridir.” Bu layihələr təkcə infrastruktur deyil, qardaşlıq ruhunun bərpası, mənəvi birliyin memarlığıdır. Qardaş türk dövlətlərinin Qarabağın dirçəlişində iştirakı, əslində, Zəfərdən doğan birlik fəlsəfəsini təsdiqləyir. Qəbələ Zirvəsi bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal əhəmiyyətli güc mərkəzidir. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı sayəsində Azərbaycan bu təşkilatda həm sabitlik dayağı, həm də birləşdirici qüvvə rolunu oynayır. Türk birliyi artıq ideya deyil. Reallığa çevrilən siyasi, iqtisadi və mənəvi platformadır. Bu platformanın mərkəzində isə Azərbaycanın Zəfəri, sülh missiyası və liderlik vizyonu dayanır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-10-2025