Mobil versiya
Heydər Əliyevin qayıdışı müstəqilliyin xilas yolu
Tarix: 02-10-2025 | Saat: 10:30
Bölmə:Siyasət | çapa göndər

Heydər Əliyevin qayıdışı müstəqilliyin xilas yolu

1993-cü ilin 3 oktyabrı Azərbaycan xalqının tarixində dönüş anı kimi dəyərləndirilir. O gündən bu günədək 32 il keçib. Həmin tarix müstəqilliyimizin qorunması və dövlətimizin xilas yolunun başlanğıcı oldu. 1991–1993-cü illər isə dövlətçiliyimizin ən çətin dövrü idi – idarəçilik böhranı, xaos, qeyri-sabitlik və səriştəsiz qərarlar ölkəni uçuruma aparırdı. Xalq bütün bu gərginlikdən çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü. O, millətin təkidli çağırışı ilə hakimiyyətə qayıdaraq ümidsizliyi ümidə çevirdi, gələcəyə inam yaratdı. 1993-cü il prezident seçkilərində xalqın yekdil iradəsi ilə Heydər Əliyevin dövlət başçısı seçilməsi Azərbaycanın gələcək inkişafı üçün təməl rolunu oynadı.Bu gün biz qürurla danışırıq – xalqımızın Zəfər salnaməsindən, ərazi bütövlüyümüzün bərpasından, işğaldan azad edilən torpaqlarda aparılan geniş quruculuqdan. Otuz il xalqımızın ən böyük istəyi doğma yurdlarına qayıdış idi. Artıq bu arzu gerçəyə çevrilib. Bütün bu nailiyyətlər müstəqil və qətiyyətli siyasətin nəticəsidir. Bu siyasətin memarı Ulu Öndər Heydər Əliyev idi. O, dağılmaq təhlükəsi ilə üzləşən dövləti ayaqda saxladı, inkişaf yoluna çıxardı və göstərdi ki, hər bir ölkənin taleyində düzgün seçilmiş siyasi xətt və güclü lider həlledici amillərdir.Onun qayıdışı ilə ölkədə sabitlik təmin olundu. İqtisadi və siyasi müstəqilliyin möhkəmləndirilməsi üçün ardıcıl addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin beynəlxalq təcrübəyə əsaslanan iqtisadi strategiyası sayəsində milli sərvətlərdən səmərəli istifadə başlanıldı. 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın siyasi çəkisini artırdı, iqtisadi imkanlarını gücləndirdi və ölkəmizə yeni tərəfdaşlar qazandırdı. 1993-cü ildən sonra Azərbaycan həqiqi mənada müstəqil dövlət kimi möhkəmləndi – Konstitusiya qəbul edildi, dövlət quruculuğunun əsasları formalaşdı, azərbaycançılıq ideologiyası ümummilli dəyərə çevrildi. Qanunvericilik sahəsində yeniliklər, demokratik islahatlar, bazar iqtisadiyyatına keçid addımları da məhz bu mərhələnin nəticəsi idi.Ordu quruculuğu da həmin siyasətin prioritetlərindən biri oldu.Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, güclü ordu olmadan sülh danışıqları da nəticəsiz qalacaq. Onun rəhbərliyi ilə formalaşan güclü hərbi təməl 2003-cü ildən sonra İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanın rəşadətli ordusu 44 günlük Vətən müharibəsində və 2023-cü ildə əldə olunan tam suverenlikdə öz gücünü bütün dünyaya sübut etdi.Xarici siyasətdə isə Ulu Öndər Heydər Əliyev ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirdi. O, müstəqil dövlətin əsas vəzifəsini beynəlxalq aləmdə qəbul olunmaqda görürdü. Onun balanslaşdırılmış siyasəti nəticəsində Azərbaycan qlobal layihələrdə iştirak etdi, mühüm enerji və nəqliyyat marşrutlarının mərkəzinə çevrildi, tolerantlıq və multikultural dəyərləri ilə tanındı. Qarabağ məsələsinin beynəlxalq müstəviyə çıxarılması da Heydər Əliyevin diplomatik iradəsinin nəticəsi idi. Onun səyləri ilə dünya Ermənistanın işğalçılıq siyasətini gördü və Azərbaycanın haqlı mövqeyini qəbul etməyə başladı.Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır. Onun irsi bu gün də xalqımız üçün dəyərli milli sərvətdir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək ölkəni daha da yüksəklərə qaldırır. Bu gün qürurla deyə bilərik ki, qalib və bütöv Azərbaycan məhz Heydər Əliyevin arzuladığı dövlətdir. İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbə, işğaldan azad olunan torpaqlara Böyük Qayıdış və üçrəngli bayrağımızın Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər yurdlarımızda dalğalanması Ulu Öndərin yolunun təntənəsidir.

Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025