Bu təkərlərin istifadəsi çox təhlükəlidir - Sürücülərə xəbərdarlıq
Tarix: 02-10-2025 | Saat: 11:51
Bölmə:Ölkə | çapa göndər

Payız-qış fəslində köhnə və aşınmış şinlərin istifadəsi ciddi təhlükə yaradır. Uzaq səfərlər zamanı şinlərdəki nasazlıqlar isə daha tez üzə çıxır ki, bu da normativ tələblərin pozulmasına, hətta şinlərin partlamasına səbəb ola bilir.
aia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmadıqda, şinlərin kord hissəsi çılpaqlaşdıqda, karkas təbəqələri ayrıldıqda, protektor və yan hissələrdə qopmalar və ya zədələr olduqda, yaxud eyni ox üzrə fərqli naxışlı şinlərdən istifadə edildikdə həmin nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıqlar mütləq aradan qaldırılmalıdır.
Bəzən də zahirən “yeni” görünən şinlər istifadə müddətinin bitməsi və ya düzgün saxlanılmaması səbəbindən yararsız olur ki, buda onların istifadəsi zamanı ağır fəsadlara gətirib çıxara bilər.
Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bildirir ki, istənilən hava şəraitində yarana biləcək çətinlikləri təhlükəsiz dəf etmək üçün sadalanan tövsiyələr daim diqqət mərkəzində saxlanılmalıdır.
Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun vəziyyətdə olması vacib şərtdir", - deyə məlumatda eyd olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər