Mobil versiya
Filippində 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatıb
Tarix: 02-10-2025 | Saat: 12:14
Bölmə:Özəl | çapa göndər

Filippində 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatıb

Sentyabrın 30-da Filippinin Palompon bölgəsinin qərb sahillərində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatıb.Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Palompon şəhərinin qərbində və Sebu əyalətinin sahillərində baş verən zəlzələdən sonra ölənlərin sayı artmaqda davam edir.

Filippində 6,9 bal gücündə zəlzələ baş verib
Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayının 72-yə yüksəldiyini açıqlayıb.

Açıqlamada zəlzələdən 47 221 nəfərin zərər çəkdiyi, ən çox ölüm halının isə Mərkəzi Visayas bölgəsində olduğu qeyd edilib.

Açıqlamada, zəlzələdə ümumilikdə 597 evin zərər gördüyü, 501-in "qismən, 96-nın isə tamamilə zərər gördüyü" bildirildi.

Sentyabrın 30-da Filippinin Palompon şəhərinin qərb sahillərində 6,9 bal gücündə zəlzələ baş verib. Filippin Qırmızı Xaç Cəmiyyətinin prezidenti Riçard Qordon bəzi kilsələrin qismən dağıldığını, bəzi məktəblərin təxliyə edildiyini bildirib.

Dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Filippin Sakit Okean Seysmik Zonasında yerləşir və “Alov halqası” kimi də tanınır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025