Mobil versiya
Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir
Tarix: 02-10-2025 | Saat: 10:28
Bölmə:Gündəm | çapa göndər

Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir

2- 30 oktyabr tarixində Yevlaxda, İsmayıllıda, Yardımlıda, Siyəzəndə, Göygöldə, Saatlıda, Zaqatalada və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

aia.az xəbər verir ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Yardımlı rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 daxili nömrə 3 yığaraq Çağrı mərkəzinə müraciət edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025