Mobil versiya
Prezident Kopenhagendə Maya Sandu ilə görüşüb
Tarix: 02-10-2025 | Saat: 09:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident Kopenhagendə Maya Sandu ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

aia.az xəbər verir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini dedi.

Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirdi. Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025