Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı tarixi çıxışı qlobal sistemdə Azərbaycanın strateji mövqeyini nümayiş etdirdi”
Tarix: 26-09-2025 | Saat: 17:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Sentyabrın 25-də Ölkə Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış, həm milli maraqların müdafiəsi, həm də qlobal gündəliyə verdiyi töhfələr baxımından mühüm siyasi hadisə kimi tarixə düşdü. Dövlət başçısının nitqi təkcə Azərbaycanın ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaqla kifayətlənmədi, eyni zamanda beynəlxalq münasibətlər sisteminə ciddi siyasi mesajlar verdi. Cənab Prezident ilk növbədə Azərbaycanın otuz ilə yaxın davam edən Ermənistan işğalına qarşı apardığı mübarizəni və 44 günlük Vətən müharibəsinin nəticələrini xatırlatdı. Dövlət başçısı vurğuladı ki, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etməyə məcbur qalıb. Bu, bir daha göstərdi ki, beynəlxalq hüquq normaları yalnız güclü siyasi iradə və qətiyyət olduğu halda işlək mexanizmə çevrilə bilər.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, cənab Prezident İlham Əliyevin nitqində xüsusi diqqət çəkən məqamlardan biri də Ermənistanla aparılan sülh prosesinə dair mesajlar oldu: “Azərbaycan beş əsas prinsip əsasında sülh müqaviləsi təşəbbüsü irəli sürərək regionda uzunmüddətli sabitlik üçün real siyasi iradə nümayiş etdirdi. Vaşinqtonda əldə edilən razılaşmalar və paraflanmış sülh müqaviləsi məhz bu iradənin nəticəsi kimi dəyərləndirilə bilər. Cənab Prezident İlham Əliyev həmçinin ATƏT-in Minsk qrupunun iflasa uğramış missiyasına son qoyulmasını xüsusi vurğuladı. Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında bu qurumun bağlanması, illərlə davam etmiş, lakin heç bir nəticə verməmiş mexanizmin tarixə qovuşduğunu təsdiqlədi. Bu, beynəlxalq diplomatiya üçün yeni presedent yaratdı – sülh danışıqlarının yalnız birbaşa tərəflərin iradəsinə əsaslandığı halda uğurlu ola biləcəyini göstərdi. Bununla yanaşı, Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələni şərtləndirən siyasi addımlar da diqqətdən kənarda qalmadı. Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Tramp ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açdığını vurğuladı. Ən mühüm məqamlardan biri isə Prezident Trampın 1992-ci ildə qəbul olunmuş Azadlığa Dəstək Aktının 907-ci düzəlişi üzrə sanksiyaların icrasını dayandırması qərarı oldu. Bu addım, uzun illər davam etmiş ikili standartların aradan qaldırılması baxımından tarixi əhəmiyyət kəsb edir və Azərbaycanla ABŞ arasında qarşılıqlı etimadı möhkəmləndirir.”
Sonda Novruzəli Aslanov bu sözlərlə öz fikirlərini tamamlayıb: “Ümumilikdə, cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın milli maraqlarının müdafiəsi ilə yanaşı, beynəlxalq münasibətlərdə ədalətin bərpasına çağırış idi. Bu nitq həm region üçün sülh və inkişaf perspektivlərini, həm də qlobal sistemdə Azərbaycanın strateji mövqeyini nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal miqyasda siyasi gündəliyi formalaşdıran mühüm aktora çevrilib”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər