Kollecdə 27 sentyabr – Anım Gününə həsr olunmuş "Vətən sağ olsun!" adlı tədbir keçirildi -Fotolar
Tarix: 26-09-2025 | Saat: 15:31
Bölmə:Özəl | çapa göndər

26 sentyabr 2025-ci il tarixdə UNEC nəzdində Sosial-İqtisadi Kollecdə 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq "Vətən sağ olsun!" adlı tədbir keçirilib.
aia.ax xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, tələbələr və valideynlər iştirak ediblər.
Anım tədbiri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsinin şəhidi Şaiq Kəlbiyevin atası Namiq Kəlbiyev şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olduğunu qeyd etdi.
Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyən şəhid atası ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirdi.
UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru,professor Mübariz Hacıbəyov çıxış edərək qeyd etdi ki, 5 il öncə başlayan 44 günlük II Qarabağ müharibəsi – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin tarixidir. Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm Qələbə qazandı, torpaqlarımız işğaldan azad edildi.
Daha sonra çıxışında direktor Mübariz Hacıbəyov bildirib ki, 44 günlük Haqq savaşımızda çoxsaylı şəhidlər verdik. Biz bu günümüzə görə onlara borcluyuq. Yüz illər keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 il ərzində qurduğu, milyardlarla vəsait xərclədiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Azərbaycanın tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən 27 sentyabr – Anım Gününə həsr olunmuş şeirlər səsləndirib, səhnəciklər nümayiş etdirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər