Mobil versiya
195 nəfər şəhid və qazi övladı ali təhsil müəssisəsinə qəbul olub
Tarix: 26-09-2025 | Saat: 16:16
Bölmə:Təhsil | çapa göndər

195 nəfər şəhid və qazi övladı ali təhsil müəssisəsinə qəbul olub

Bu il qəbul imtahanlarında 195 nəfər şəhid və qazi övladı ali təhsil müəssisəsinə qəbul olub.

aia.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” alətinin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, onlardan 49 nəfəri 500 baldan, 9 nəfəri isə 600 baldan yüksək nəticə əldə ediblər.

M.Abbaszadə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən bəhs edib.

Sədr həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin həmişə dövlətin diqqət və qayğısı altında olduğunu qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2025