Azər Kərimli: “Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb və şərəfli yola aydın bir baxış idi”
Tarix: 26-09-2025 | Saat: 12:14
Bölmə:Manşet | çapa göndər

“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Azərbaycan həqiqətlərini, eləcə də ölkəmizin müəllifi olduğu yeni mütərəqqi regional reallıqları dünyaya ən doğru rakursdan təqdim edən bir çox mühüm məqamlar yer almışdır. Başqa sözlə desək, dövlət başçımızın nitqi mahiyyət etibarı ilə həm də Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb və şərəfli yola aydın bir baxış idi. Cənab Prezident bir daha vurğuladı ki, otuz ilə yaxın müddətdə ölkəmizin suveren ərazisinin təqribən iyirmi faizinin Ermənistanın hərbi işğalı altında qalması təkcə Azərbaycanın suverenliyinin deyil, həm də beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Lakin dünyanın aparıcı təşkilatlarının qəbul etdiyi qətnamələr illərlə icra olunmadı və ədalət yalnız Azərbaycanın öz gücü hesabına bərpa edildi. 44 günlük Vətən müharibəsi bu baxımdan dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etməklə həm özünün ərazi bütövlüyünü təmin etdi, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrini reallığa çevirdi. Prezidentin çıxışında bu məqam xüsusi vurğulandı: Azərbaycan beynəlxalq hüququn işlək mexanizmə çevrilməsinin canlı nümunəsini ortaya qoydu.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Millət vəkili qeyd edib ki, cənab Prezidentin nitqində Azərbaycanın sülh gündəliyi ilə bağlı irəli sürdüyü tələblərin haqlı olduğu bir daha aydın şəkildə öz təsdiqini tapıb: “Müharibədən sonrakı mərhələdə Azərbaycan sülh gündəliyinə üstünlük verdi. Əlbəttə ki, bu gündəlik qalib ölkə kimi Azərbaycanın haqlı tələblərini və yaranmış yeni geosiyasi reallıqları özündə ehtiva etməlidir. O cümlədən Azərbaycanın ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanmasını istəməsi də məhz yeni reallıqlardan doğurdu. Bu qurum illərlə münaqişənin həllinə töhfə verməmiş, əksinə, status-kvonun uzanmasına xidmət etmişdi. Cənab Prezidentin BMT tribunasından səsləndirdiyi bu mesaj beynəlxalq ictimaiyyətə aydın siqnal idi: artıq regionda köhnə mexanizmlərə yer yoxdur, proses birbaşa tərəflərin siyasi iradəsi ilə aparılmalıdır. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Sammit isə Azərbaycan diplomatiyasının daha bir uğuru oldu. Burada “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) razılaşdırıldı. Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək bu layihə təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün yeni iqtisadi nəfəs deməkdir.”
Sonda Azər Kərimli BMT tribunasından dövlət başçımız tərəfindən səsləndirilən fikirlərin Azərbaycanın keçmiş mübarizəsinin, bugünkü reallıqlarının və gələcək hədəflərinin məntiqi izahı olduğunu qeyd edib: “Cənab Prezident İlham Əliyevin siyasi mesajı tamamilə aydındır: Azərbaycan özünün ərazi bütövlüyünü və suvrenliyini tam bərpa edib, indi isə bölgəni sülh və inkişaf məkanına çevirmək istiqamətində qətiyyətlə irəliləyir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər