Mali, Burkina Faso və Niger Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa qərar verib
Tarix: 23-09-2025 | Saat: 19:19
Bölmə:Özəl | çapa göndər

Mali, Burkina Faso və Niger Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxdıqlarını rəsmən elan ediblər.
Üç ölkənin yaydığı birgə bəyanatda onlar BCM-nin “neokolonial zülm alətinə” çevrildiyini və ədalətin seçmə şəkildə tətbiq edildiyini iddia edərək, Roma Statutundan çıxmaq qərarlarını bəyan ediblər.
Bəyanatda iddia edilir ki, Məhkəmə müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər işlərində effektiv məhkəmə araşdırmaları apara bilməyib və bunun əvəzinə imperialist güclərin maraqlarını müdafiə edən mexanizmə çevrilib.
Bəyanatda qərarın dərhal qüvvəyə mindiyi və öz dəyərlərinə uyğun yerli və regional ədalət mexanizmlərinin bundan sonra inkişaf etdiriləcəyi vurğulanıb.
Mali, Niger və Burkina Faso mart ayında Sahel Alyansının Cinayət və İnsan Haqları Məhkəməsinin yaradıldığını elan etdilər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2025