Əfqanıstan hökuməti Trampın təzyiqlərinə baxmayaraq, Baqram hava bazasını geri qaytarmayacağını açıqlayıb
Tarix: 23-09-2025 | Saat: 18:30
Bölmə:Özəl | çapa göndər

Əfqanıstan administrasiyası ABŞ prezidenti Donald Trampın Baqram aviabazasının təhvil verilməsi ilə bağlı çağırışını qəti şəkildə rədd edib və bildirib ki, baza Əfqanıstanın ayrılmaz hissəsidir və heç bir halda bu barədə danışıqlar aparıla bilməz.
Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” telekanalına danışan Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid Trampın “Baqram hava bazası ABŞ-a qaytarılmasa, pis hadisələr baş verəcək” təhdidinə cavab verib.
Mücahid Baqramın ölkənin ayrılmaz hissəsi olduğunu və danışıqlara tabe olmadığını vurğulayaraq, ölkə ərazisinə heç vaxt xaricdən nəzarət etmələrinə icazə verməyəcəklərini vurğulayıb.
Trampın “Baqramın təhvil verilməsi ilə bağlı Əfqan administrasiyası ilə danışıqlar apardıqları” iddiasına cavab verən Mücahid, ABŞ ilə danışıqların yalnız məhbus mübadiləsi, diplomatik əlaqələr və iqtisadi sərmayələr haqqında olduğunu və Baqramın heç vaxt gündəmdə olmadığını bildirib.
“Baqram nə Çinə, nə ABŞ-a, nə də başqa güclərə aid ola bilməz”.
Mücahid digər dövlətlərlə balanslı və iqtisadi yönümlü əlaqələr qurmaq istədiklərini bildirərək, ölkəsinin heç bir halda böyük dövlətlər arasında münaqişələr üçün döyüş meydanı olmayacağını vurğulayıb.
Mücahid dedi: "Baqram nə Çinə, nə ABŞ-a, nə də başqa bir gücə aid ola bilməz. Bizim üçün başqa bir torpaqdan heç bir fərqi yoxdur".
Mücahid Əfqanıstanın ABŞ ilə yaxşı əlaqələr qurmağa hazır olduğunu, lakin Vaşinqton administrasiyasının yanaşmasının bu prosesdə həlledici olacağını ifadə edərək, "Əgər onlar rasionallıq, diplomatiya və iqtisadi əməkdaşlığa üstünlük verərsə, yaxşı əlaqələri inkişaf etdirməyə hazırıq" dedi.
Trampın Baqram planı
Sentyabrın 18-də ABŞ prezidenti Tramp 2001-ci il işğalından sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əfqanıstanda yerləşdiyi ən böyük hərbi baza olan Baqramı geri almaq istədiklərini bildirib.
Məsələ ilə bağlı Əfqanıstan hökuməti ilə danışıqlar apardıqlarına eyham vuran Tramp, "Bu, dünyanın ən böyük hava bazalarından biridir. Biz bunu onlara heç bir qiymətə verdik. İndi onu geri almağa çalışırıq. Baza istəməyimizin səbəblərindən biri də Çinin nüvə silahlarını istehsal etdiyi yerdən bir saatlıq məsafədə olmasıdır" dedi.
Sentyabrın 20-də Tramp ABŞ-da yerləşən Truth Social sosial media platformasında da bildirib ki, “Əfqanıstan Baqram Hava Bazasını ABŞ-a qaytarmasa, pis şeylər baş verəcək”.
Co Bayden administrasiyası yüzlərlə ABŞ vətəndaşını, milyonlarla dollar dəyərində texnika, silah və ABŞ ilə əməkdaşlıq etmiş minlərlə əfqanı geridə qoyaraq, Əfqanıstandan çıxarılmasını 31 avqust 2021-ci ildə başa çatdırdı.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2025