Mobil versiya
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsi üzrə sazişlər imzalanıb
Tarix: 23-09-2025 | Saat: 15:14
Bölmə:Təhsil / Manşet | çapa göndər

Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsi üzrə sazişlər imzalanıb

Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinə rəsmi səfər edib. Səfər çərçivəsində nazir universitetin tədris və yaradılmış müasir infrastrukturu ilə yaxından tanış olub.

Bu barədə aia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səfərin davamında elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un imzalanması mərasimi baş tutub.

Sözügedən sənədlərin imzalanması iki qardaş ölkə arasında təhsil sahəsində birgə layihələrin daha da inkişafına möhkəm zəmin yaradacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2025