Mobil versiya
“Sədərək Yusif”in ailə üzvləri istintaqda? – Vəkildən açıqlama
Tarix: 23-09-2025 | Saat: 16:30
Bölmə:Ölkə | çapa göndər

“Sədərək Yusif”in ailə üzvləri istintaqda? – Vəkildən açıqlama

Bakıda tanınan iş adamı, Sədərək Yusif Qədimbəyli kimi tanınan sahibkarın qardaşı Ənvər Qədimbəylinin oğulları – İlkin və İlham Qədimbəylilər barəsində yayılan cinayət işi xəbərləri ilə bağlı yeni açıqlama verilib.

Xatırladaq ki, ilkin məlumatlara əsasən, İlkin Qədimbəylinin mühafizəçisi kimi çalışan Rövşən Hüseynovun da saxlanıldığı və həbs edildiyi, eləcə də Qədimbəylilərin şəriki Xamis Qubadova qarşı ittiham irəli sürüldüyü bildirilirdi. Həmin məlumatlarda Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə küllimiqdarda tələb etmə) üzrə istintaqın aparıldığı qeyd olunmuşdu.

Sözügedən şəxslərin vəkili İlqar Rüstəmov Bakunews.az-a açıqlamasında həmin məlumatların bir çoxunu təkzib edib. Onun sözlərinə görə, Hüseynov Rövşən Məmməd oğlunun həbs edilməsi barədə yayılan xəbər həqiqəti əks etdirmir: “Rövşən Hüseynov barəsində yalnız müvəqqəti saxlama tədbiri seçilib. Xəbər portallarında yayılan fotoşəkillər isə ümumiyyətlə işin hallarına uyğun deyil.”

Vəkil bildirib ki, Ənvər Qədimbəylinin bu məsələyə heç bir aidiyyəti yoxdur: “Onun adı cinayət işində zərərçəkmiş şəxs tərəfindən məqsədli şəkildə hallandırılıb. İlkin və İlham Qədimbəyli isə bu iş üzrə nə şübhəli, nə təqsirləndirilən, nə də şahid qismində dindirilməyiblər. Bu şəxslərin fotoşəkillərinin paylaşılması hüquqi və mənəvi baxımdan yolverilməzdir.”

İlqar Rüstəmov əlavə edib ki, müdafiə tərəfi artıq istintaq orqanına kifayət qədər sübut təqdim edib və zərərçəkmiş tərəfin iddialarının əsassız olduğunu təsdiqləyən yeni sübutlar da təqdim olunacaq.

Hazırda istintaq orqanı toplanan materiallar əsasında araşdırmanı davam etdirir. Hadisənin detalları və araşdırmanın yekun nəticələri ilə bağlı əlavə məlumatın yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Bakunews.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2025