Azər Kərimli: “Vətən müharibəsi şanlı tariximiz, milli qürurumuzdur”
Tarix: 23-09-2025 | Saat: 14:01
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Bu savaş yalnız torpaqlarmızın azad olunması deyil, həm də xalqımızın birliyi, əzmi və mübarizə ruhunun təntənəsi idi. Cəbhədə döyüşən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki vətəndaşların fədakarlığı düşmənə sarsıdıcı zərbələr endirdi. Xalqımız bir yumruq kimi birləşdi və milli həmrəyliyi ilə düşmənə təkcə hərbi yox, mənəvi üstünlüyünü də göstərdi. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilən bu zəfər tariximizin ən parlaq səhifəsidir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.

Millət vəkili fikirlərini davam etdirərək Vətən mühaibəsinin gedişində ölkmizə qarşı ikinci cəbhə kimi açılan informasiya savaşında cənab Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək diplomatik çeviklikdən danışıb: “Vətən müharibəsi yalnız cəbhədə deyil, informasiya meydanında da gedirdi. Ermənistan tərəfi saxta məlumatlarla dünyanı aldatmağa çalışsa da, Ölkə Prezidenti cənab İlham Əliyev öz peşəkar və prinsipial çıxışları ilə bu blokadanı yarmağı bacardı. Müharibə dövründə və sonrasında onlarla nüfuzlu beynəlxalq mediaya verdiyi müsahibələrlə Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Dövlət başçımzın qətiyyətli, faktlara əsaslanan mövqeyi Azərbaycanın informasiya savaşında üstünlük qazanmasında həlledici rol oynadı. Cənab Prezidentin bu sahədəki çoxvektorlu fəaliyyəti diplomatik cəbhədə də böyük qələbəni təmin etdi. Bləliklə, Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi ilə birləşərək tarix yazdı. Savaş boyu strateji qərarlar, düzgün hərbi-siyasi yanaşma və xalqla qurulan səmimi ünsiyyət Azərbaycanın qələbəsini təmin etdi. Ermənistan və onun havadarlarının illərlə bölgədə qurmağa çalışdığı planlar iflasa uğradı. Bu zəfər sadəcə hərbi yox, həm də siyasi və mənəvi üstünlüyün təntənəsi idi.”
Sonda Azər Kərimli müharibə dövrünün eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığı üçün ciddi bir sınaq olduğunu da diqqət mərkəzinə çkib: “Vətən müharibəsi dövründə Azərbaycanın yanında qardaş Türkiyə dayanaraq, dünyaya bir daha türk birliyinin gücünü göstərdi. Müharibənin ilk saatlarından etibarən Türkiyə rəhbərliyi Azərbaycanın haqq mübarizəsinə tam dəstəyini ifadə etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları və qardaş türk xalqının həmrəyliyi xalqımıza əlavə güc verdi. Bu birlik yalnız siyasi deyil, mənəvi bir dayaq oldu. 44 gün ərzində nümayiş olunan bu qardaşlıq münasibətləri hər iki xalqın tarixində silinməz iz qoydu və birliyimizin sarsılmaz olduğunu sübut etdi.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2025