Suriyada Xalq Məclisinə seçkilər oktyabrın 5-də keçiriləcək
Tarix: 22-09-2025 | Saat: 15:41
Bölmə:Özəl | çapa göndər

Suriyada Xalq Məclisinin Ali Seçki Komissiyası oktyabrın 5-i bazar günü Xalq Məclisinin üzvləri üçün seçkilərin keçiriləcəyini açıqlayıb.
Komissiya ABŞ-da yerləşən Meta şirkətinə məxsus Facebook hesabında seçki tarixinin hicri təqvimlə 13 rəbiül-axir 1447, miladi təqvimlə isə 5 oktyabr 2025-ci il olacağını açıqlayıb.
Mohamed Taha əl-Əhmədin sədrlik etdiyi 11 üzvdən ibarət Ali Seçki Komissiyası prezident Əhməd Şəranın iyunun 2-də verdiyi 66 saylı fərmanla yaradılıb.
Suriyada vətəndaş müharibəsinin yaratdığı dağıntılar, şəxsiyyəti təsdiq edən sənədlərin olmaması, ünvanların yox olması, əhalinin yarıdan çoxunun həm ölkə daxilində, həm də xaricə köçməsi səbəbindən Xalq Məclisinə seçkilər birbaşa referendumla deyil, nümayəndəli seçki şuraları vasitəsilə keçirilir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər