AzQAC-ın könüllüləri və əməkdaşları Şuşada ''Ümumdünya İlk Yardım Günü''nü qeyd ediblər -Fotolar
Tarix: 22-09-2025 | Saat: 13:06
Bölmə:Ölkə | çapa göndər

2025-ci il 19 sentyabr tarixində Şuşa şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahı, Qarabağ, Sumqayıt, Bərdə, Tərtər və Füzuli regional mərkəz və rayon bölmələrinin əməkdaşları və könüllüləri Ümumdünya İlk Yardım Günü münasibətilə tədbir keçiriblər. Məqsəd əhalinin ilk yardım bacarıqları barədə maarifləndirilməsi və həyat qurtaran bacarıqların təbliği olub.
aia.az xəbər verir ki, tədbir zamanı qanaxmaların dayandırılması, burun qanaxması, yanıqlar, sınıqlar, bərpa vəziyyəti, daşınma üsulları və ürəyin dolayı masajı mövzularında izahatlar verilib və praktiki nümayişlər aparılıb.
Tədbir interaktiv şəkildə keçirilib, iştirakçılar suallarını verib, praktiki məşqlərdə iştirak ediblər. Ürəyin dolayı masajı mövzusu üzrə xüsusi nümayişlər keçirilib və AzQAC könüllüləri flash mob təşkil edərək bacarıqlarını nümayiş etdiriblər.
Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb. AzQAC nümayəndələri ilk yardım biliklərinin vacibliyini vurğulayaraq bildiriblər ki, bu vərdişlər insanlara hər bir şəraitdə özlərinə və yaxınlarına yardım göstərməyə və həyat xilas etməyə imkan verir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər