Oğuzda antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanların şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb. -Fotolar
Tarix: 22-09-2025 | Saat: 11:03
Bölmə:Ölkə | çapa göndər

Sentyabr ayının 21-də ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü il tarixində aparılmış antiterror tədbirləri zamanı Oğuz rayonun Xalxal kəndindən olan şəhid Ağayev Kənan Vahid oğlunun , Qarabulaq kəndindən olan şəhid Beydiyev Röyal Nəsib oğlunun şəhadətinin ikinci ildönümündə xatirələri ehtiramla anılıb.
aia.az xəbər verir ki, Oğuz Rayon İcra Hakimiyyətinin , YAP Oğuz rayon təşkilatının əməkdaşları , şəhid valideyinləri,məktəb kollektivləri,ərazi icra nümayəndəliklərinin rəhbərləri,din xadimləri,mədəniyyət işçiləri, kənd bələdiyyələrinin üzvləri və ictimaiyyət nümayəndələri şəhidlərin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin ruhuna dualar oxunmuş,məzarları üzərinə gül dəstələri qoyulub və valideyinlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Beydiyev Röyal Nəsib oğlu 18 fevral 2005–ci ildə Qarabulaq kəndində doğulmuşdur. 2011 – ci ildə Ə.Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin I sinfinə getmiş, 2021 – ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2023 - cü ilin aprel ayında hərbi ximdətə getmişdir. 19 sentyabr 2023- cü il tarixdə Qarabağda başlanılmış Lokal xarakterli antiterror əməliyyatları zamanı 20 sentyabr 2023 – cü il tarixdə qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023 – cü il tarixdə Qarabulaq kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamı ilə "Vətən uğurunda" medalı və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Ağayev Kənan Vahid oğlu 09.09.2002-ci ildə Oğuz şəhərində anadan olmuşdur. Daimi qeydiyyatda Tərtər rayonu Çardaqlı kəndində olmaqla, Oğuz rayonu Xalxal kəndində məskunlaşmışdır. Ümumi orta məktəbi Oğuz rayonu Xalxal kəndində yerləşən 108 saylı Ağdam köçkün məktəbində oxumuş, 2019-cu ildə İ.Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. 2023-cü ilin fevral ayından MAHHXQ təlimlərinə cəlb edilmiş, 2023-cü ilin aprel ayından Hadrut qəsəbəsindəki N saylı Hərbi Hissədə hərbi xidmətə başlamışdır. 19 sentyabr 2023- cü il tarixdə Qarabağda başlanılmış Lokal xarakterli antiterror əməliyyatları zamanı 20 sentyabr 2023 – cü il tarixdə qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü ildə Oğuz rayonu Ərmənət kəndində dəfn olunmşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamı ilə "Vətən uğurunda" medalı və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-09-2025