Manaf Manafov: "Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, ölkəmizin sülh, sabitlik və təhlükəsizlik mərkəzi kimi rolunu daha da gücləndirir"
Tarix: 22-09-2025 | Saat: 11:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Cənab Prezident İlham Əliyevin “Terror hücumları və silahlı qarşıdurmalar zamanı humanitar böhranların və qlobal miqyaslı texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik qurumlarının əməkdaşlığı” mövzulu beynəlxalq konfrans iştirakçılarına müraciəti bir daha sübut edir ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Əksinə, terrorizm, dini radikalizm, kiberhücumlar, transmilli cinayət şəbəkələri, narkotik dövriyyəsi və qeyri-qanuni miqrasiya kimi yeni təhlükələr dövlət sərhədlərini rahatlıqla aşaraq qlobal xarakter alır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Bütün bunlar dövlətləri beynəlxalq miqyaslı təhdidlərlə üz-üzə qoyur.”
Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Manaf Manafov əlavə edib ki, Bakı Təhlükəsizlik Forumu özünəməxsus platforma kimi diqqət çəkir. Prezidentin sözləri ilə desək, “Bakı Təhlükəsizlik Forumu qlobal və regional risklərin araşdırılması, onların qarşısının alınması yollarının müəyyənləşdirilməsi baxımından nadir formata malik beynəlxalq toplantıdır.” Forum bütün qitələrdən gəlmiş təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirərək qlobal risklərin zərərsizləşdirilməsi metodlarını müzakirə edir, etimad əsaslı əməkdaşlıq üçün imkanlar yaradır. Cənab Prezident İlham Əliyevin də dediyi kimi: “Forumun nüfuzunun ildən-ilə artması gündəmə çıxarılan məsələlərin aktuallığını aydın göstərir.” Bu fakt Bakının təkcə regionun deyil, həm də qlobal təhlükəsizlik gündəminə təsir göstərən mərkəzə çevrildiyini sübut edir. Müraciətdə xüsusi vurğulanan məqam ondan ibarətdir ki, sürətlə dəyişən dünya yeni təhlükələr doğurur. Müxtəlif məntəqələrdəki silahlı münaqişələr humanitar böhranlara, ekoloji və texnogen fəlakətlərə yol açır. Eyni zamanda, beynəlxalq aləmdə terrorçu şəbəkələrin fəallaşması və kiberhədələrin çoxalması qlobal sülhü ciddi təhlükə altına qoyur. Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, “Şübhəsiz, müasir dövrün bu kimi problemlərinin həlli yeni yanaşmaların, müasir alətlərin tətbiqini və ən əsası, dövlətlərin birgə səylərini, sıx əməkdaşlığını tələb edir.”
Burada iki vacib məqam öne çıxır. Azərbaycan müstəqillik əldə etdiyi gündən beynəlxalq əməkdaşlığa önəm verib. Prezidentin də qeyd etdiyi kimi: “Biz əminik ki, sabitlik və rifah yalnız dialoq və tərəfdaşlıqla mümkündür.” Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi təkcə region üçün deyil, həm də Avropa, Yaxın Şərq və Mərkəzi Asiya üçün strateji əhəmiyyət daşıyır.
Manaf Manafov həmçinin vurğulayıb ki, Prezident müraciətində önəmli bir məsələyə də diqqət yönəldib: “2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır.” Bu sənəd uzun illər davam etmiş münaqişənin sona çatdırılması və sülh sazişinə aparan yolun açılması baxımından tarixi hadisədir. Prezidentin sözlərinə görə: “Cənubi Qafqazda tam əmin-amanlığın təmin olunması yalnız bizim bölgə üçün deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaq.” Bu isə regionun iqtisadi inkişafına və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsi və Katibliyinin formalaşdırılması, Forumun hər il keçirilməsinin təmin edilməsi, yeni sənədlərin qəbul olunması bu platformanın institutlaşdığını göstərir. Cənab Prezident İlham Əliyev bəyan edib: “Azərbaycan Təşkilat Komitəsinin işini əlaqələndirmə funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna dəstəyini davam etdirəcək.” Bu isə Bakını beynəlxalq təhlükəsizlik siyasətində dayanıqlı diplomatik mərkəzə çevirir.
Prezident İlham Əliyevin müraciəti bir daha təsdiqləyir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal təhlükəsizlik müstəvisində aktiv rol oynayır. Dövlət başçısı əminliklə bildirir: “Əminəm ki, bugünkü müzakirələr faydalı olacaq, konfransda səslənəcək təhlillər və tövsiyələr daha təhlükəsiz gələcəyin qurulmasına əhəmiyyətli töhfə verəcək.” Bakı Təhlükəsizlik Forumu dövlətlərə ümumi təhdidlərə qarşı birgə mövqe sərgiləmək, təcrübə mübadiləsi aparmaq və birgə fəaliyyət planı hazırlamaq imkanı təqdim edir. Ən önəmlisi isə bu Forum Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, ölkəmizin sülh, sabitlik və təhlükəsizlik mərkəzi kimi rolunu daha da gücləndirir – deyə Manaf Manafov fikirlərinə yekun vurub.
-
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər