Mobil versiya
Vilayət Eyvazov Naftalanda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR/VİDEO
Tarix: 04-09-2025 | Saat: 17:55
Bölmə:Manşet / Ölkə | çapa göndər

Vilayət Eyvazov Naftalanda vətəndaş qəbulu və sıra baxışı keçirdi -

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 3 və 4-də Naftalan Şəhər Polis Şöbəsində vətəndaş qəbulu, eləcə də sıra baxışı keçirib.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon polis şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər, eləcə də digər şəhər və rayonlardan gələn 172 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Vətən müharibəsinin 16 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 121 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2025