Mobil versiya
İngilis kosmetika markası Lush Qəzza ilə həmrəylik üçün ölkədəki mağazalarını bir günlüyə bağlayıb
Tarix: 03-09-2025 | Saat: 18:32
Bölmə:Özəl | çapa göndər

İngilis kosmetika markası Lush Qəzza ilə həmrəylik üçün ölkədəki mağazalarını bir günlüyə bağlayıb
Böyük Britaniyanın aparıcı kosmetika şəbəkələrindən biri olan Lush Qəzzada aclığa son qoymağa çağıraraq, İngiltərədəki mağazalarını, fabrikini və internet saytını bir günlük bağlamaq qərarına gəlib.
İngiltərədə 100-dən çox mağazası olan dünyanın aparıcı kosmetika şəbəkələrindən biri olan Lush, "Lush ailəsi olaraq Qəzzada aclıq çəkən insanların görüntülərini görən milyonlarla insanın hiss etdiyi ağrıları paylaşırıq" ifadəsi ilə açıqlama verdi.

"İsrail təcili humanitar yardıma mane olarkən, biz də bütün dünya kimi, kömək etmək üçün yollar tapmaqda çətinlik çəkirik" deyən bəyanatda Luşun güclü dəstək mesajı göndərməkdən başqa çarəsi qalmadığı vurğulanıb.

Açıqlamada, "3 sentyabr Çərşənbə günü İngiltərədəki mağazalarımızı, internet saytlarımızı və fabriklərimizi bir gün müddətinə bağlayacağıq, normal fəaliyyətimizi dayandıracağıq və mağazaların vitrinlərində "Qəzzada aclığı dayandırın - Həmrəylik üçün bağlıyıq" mesajını nümayiş etdirəcəyik."

Açıqlamada mağazaların bağlanmasının yüngül bir qərar olmadığı, lakin bir çox Lush müştərilərinin Qəzza ilə bağlı oxşar hissləri paylaşdığı vurğulanıb. O, həmçinin "qarpız dilimi sabunu" ianə kampaniyasını da vurğuladı, əldə olunan gəlir fələstinli uşaqlar üçün psixi sağlamlıq səylərini dəstəkləmək üçün istifadə olunacaq.

Açıqlamada bu məhsulun Luş tarixindəki ən uğurlu ianə kampaniyası olduğu, sabunun Qəzzada tibbi xidmətlərə dəstək olmaq, ehtiyacı olan böyüklər və uşaqlara protez vermək üçün yenidən satışa çıxarılacağı qeyd edilib.

Hökumətə ünvanlanan bəyanatda deyilir: "Luş bir günlük gəlirini itirdiyi halda, Böyük Britaniya hökuməti də Lush və müştəriləri üçün bir günlük vergi gəlirlərini itirir".

Bəyanatın davamı olaraq, "Ümid edirik ki, bağlanmağımızın göndərdiyi mesajı eşidirlər. Hökumət ölüm və dağıntılara son qoymaq üçün əlavə tədbirlər görməlidir. Bu, Böyük Britaniyadan silah satışını dayandırmaq da daxildir."

Dünyanın 50-dən çox ölkəsinə satışını həyata keçirən İngilis univermağı Lush-dan verilən açıqlamada, digər ölkələrdəki Lush mağazalarından da oxşar həmrəylik səylərinin gözlənildiyi qeyd edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2025