Mobil versiya
Torpaqşünas alimlərdən ibarət nümayəndə heyəti beynəlxalq konqresdə Azərbaycanı təmsil etdi -Foto
Tarix: 02-09-2025 | Saat: 15:48
Bölmə:Özəl | çapa göndər

Torpaqşünas alimlərdən ibarət nümayəndə heyəti beynəlxalq konqresdə Azərbaycanı təmsil etdi

2025-ci il 1–4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində “Eurasian Soil Congress 2025 – Innovations in Soil Science and Plant Nutrition under Climate Change” adlı beynəlxalq konqres öz işinə start verib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər torpaq elmi və bitki qidalanması sahəsində iqlim dəyişiklikləri fonunda innovativ yanaşmaları müzakirə edirlər. Konqres, elmi biliklərin mübadiləsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gənc tədqiqatçıların təşviqi baxımından mühüm platforma rolunu oynayır.

Azərbaycanı tədbirdə 11 nəfərdən ibarət torpaqşünas alimlərdən ibarət nümayəndə heyəti təmsil edir. Açılış mərasimində Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin adından çıxış edən nümayəndə heyətinin üzvü Fərid Mustafayev konqres iştirakçılarına cəmiyyətin prezidenti, akademik Qərib Məmmədovun və bütün üzvlərin salamlarını çatdıraraq, kongressin işinə uğurlar arzulayıb.

Fərid Mustafayev həmçinin konqresin Təşkilat Komitəsinin üzvü və Azərbaycan Respublikası üzrə əlaqələndirici şəxs qismində çıxış edir. O, təşkilatı işlərin vaxtında və yüksək səviyyədə həyata keçirildiyini vurğulayaraq, konqresin elmi ictimaiyyət üçün mühüm rol oynadığını diqqətə çatdırdı. Konqresin proqramına müxtəlif elmi sessiyalar, müzakirələr və əməkdaşlıq imkanlarını əhatə edən görüşlər daxildir. Tədbir sentyabr ayının 4-də bağlanış mərasimi və qala gecəsi ilə yekunlaşacaq.

Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin torpaqşünaslıq elmi sahəsində qazandığı nailiyyətlərin beynəlxalq aləmdə təqdim olunmasına, yeni elmi əlaqələrin qurulmasına və gələcək əməkdaşlıqlar üçün möhkəm zəminin formalaşmasına imkan yaradır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2025