Azərbaycan Prezidentinin “ŞƏT plyus” Sammitində iştirakı dövlətimizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir
Tarix: 02-09-2025 | Saat: 15:54
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Son illər ölkəmizin dünyanın ən böyük bu regional qurumu ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib.
Bu fikirləri mətbata açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, hazırda ŞƏT beynəlxalq müstəvidə xüsusi çəkiyə malik olan qurumdur. Belə ki, üzv ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin edir: ”Bu baxımdan dünyada cərəyan edən mürəkkəb siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımların atılmasından ibarətdir”.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-in Çində keçirilən növbəti Sammitinə dəvət olunması dövlətimizin və onun liderinin beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Məlumdur ki, Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusunda təmsil olunur. Bu amil Azərbaycanın ŞƏT ilə əlaqələrinin genişlənməsində vacib rol oynayır. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə də fəal iştirak edib.
Sentyabrın 1-də Çində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə olduğunu bəyan edib. Dövlətimizin başçısı Azərbaycanın Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladıb. Bu istiqamətdə artıq ciddi praktiki layihələr reallaşdırılır. Nəzərə alaq ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Təsadüfi deyil ki, 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Bu, həm də Avropa ilə Asiyanın ticarət əlaqələrində ən qısa yoldur. Yaxın gələcəkdə isə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin potensialını daha da gücləndirəcək. Dövlətimizin başçısının dediyi kimi, Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Bu layihə regionun bütün ölkələrinə böyük faydalar gətirəcək.
Samir Vəliyev Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini də vurğulayıb: “ŞƏT Sammiti çərçivəsində dövlətimizin başçısının Türkiyə, Pakistan və Maldivin liderləri ilə görüşlərində aparılan müzakirələr ölkələrimiz arasında münasibətlərin daha da güclənməsi baxımından faydalıdır. Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə isə sülh prosesi diqqət mərkəzində olub. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra nüfuzlu şirkətlərin rəhbərləri ilə də görüşüb ki, bu da ölkəmizin iqtisadi potensialının artırılması baxımından önəmlidir. Bütövlükdə, Azərbaycan Prezidentinin ŞƏT-in Sammitində iştirakı və Sammit çərçivəsində keçirdiyi görüşlər dövlətimizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-09-2025