Mobil versiya
Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub
Tarix: 14-08-2025 | Saat: 11:23
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyənatla çıxış etmişlər. Dövlətimizin başçısı çıxışı zamanı qeyd edib ki, hər kəsə məlumdur ki, Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Azərbaycan haqqında yayılan bütün şayiələr və yalan məlumatlar, ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli görünür. Çünki Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Əksinə, Azərbaycan bu gün multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Odur ki, bu gün baş verənlər ya hələ də reallığı bilməyənlərə, ya da bilərəkdən yanlış təsəvvür yaratmağa çalışanlara yaxşı bir cavab olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən burada – Vaşinqtonda. Bu anti-Azərbaycan təbliğatının aparıcı qüvvəsi Bayden administrasiyası idi. Biz bunu dəqiq bilirik, çünki avropalı tərəfdaşlarımızla apardığımız danışıqlarda onlar dəfələrlə deyirdilər ki, bu məlumat Baydenin komandasından gəlir. Onlar qəsdən Azərbaycanın guya aqressiv niyyətləri barədə şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk ayında belə bu tipli narrativlər var idi. Bunlar hələ də bəzi dövlət qurumlarında qalan köhnə komandanın nümayəndələrindən gəlirdi. Onların gündəliyinə isə ya “Human Rights Watch”, “Freedom House” kimi Azərbaycanı sevməyən QHT-lər, ya da USAID və Azadlıq Radiosu təsir edirdi. Prezident Tramp isə USAID-i uğurla aradan qaldıraraq dünyanı bu “fəlakətdən” xilas etdi. Bu, sadəcə, bizim haqqımızda səslənən fikirlərin yanlış olduğunu, belə niyyətimizin olmadığını izah etməkdən ötrü bizim üçün bir çağırış idi. Bu gün baş verənlər isə Ermənistanın Baş naziri və mənim imzaladığım, Prezident Trampın isə şahidlik etdiyi Birgə Bəyannamədə əks olunub.

Nicat Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2025