İstanbulda keçiriləcək danışıqların vaxtı məlum olub
Tarix: 21-07-2025 | Saat: 09:28
Bölmə:Özəl | çapa göndər

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqlar çərşənbə-cümə axşamı, 23-24 iyul tarixlərində baş tuta bilər.
Bu barədə Independent Türkce nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir: "Danışıqlar çərşənbə və ya cümə axşamı baş tuta bilər. Görüşün yeri, vaxtı və ya nümayəndə heyətlərinin tərkibi barədə heç bir məlumat verilməyib".
Bundan əvvəl məlum olmuşdu ki, İstanbul Moskva və Kiyev arasında danışıqların növbəti raundunun keçiriləcəyi məkan olaraq qalacaq. Şənbə günü, iyulun 19-da Rusiya danışıqlar qrupuna yaxın mənbə bildirib ki, Ukrayna Rusiyaya gələn həftə danışıqların növbəti raundunu təşkil etməyi təklif edib. Eyni zamanda, başqa bir mənbə daha əvvəl qeyd etmişdi ki, onların keçirilmə tarixi barədə məlumat yoxdur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2025