Mobil versiya
Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevrilib - DEPUTAT
Tarix: 21-07-2025 | Saat: 14:14
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevrilib

22 İyul – Milli Mətbuat Günü Azərbaycan xalqının milli özünüdərki, maarifçilik hərəkatı və ictimai-siyasi fikrinin inkişafında mühüm yer tutmaqla böyük mənəvi əhəmiyyətə malikdir. Bu tarixin başlanğıcı 1875-ci ilin 22 iyulunda böyük maarifçi, publisist və ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Azərbaycan dilində ilk çap orqanı olan bu qəzet milli mətbuatın təməlini qoymaqla yanaşı, maarifçilik ideyaları və milli düşüncənin formalaşması prosesində önəmli rol oynamışdır.

“Əkinçi” qəzeti demokratik ideyaların carçısı kimi xalqı elmə, savada, maarifə çağırmış, cəhalətə qarşı mübarizə aparmış, bu ideyalar qısa müddətdə xalq arasında böyük rəğbət qazanmışdır. XX əsrin əvvəllərində “Molla Nəsrəddin”, “İrşad”, “Füyuzat” kimi nəşrlər ictimai fikrin formalaşmasına əvəzsiz töhfələr vermişdir. Milli mətbuat təkcə ədəbi dilin və maarifin inkişafında deyil, həm də azərbaycançılıq ideologiyası, istiqlal düşüncəsinin təbliğində aparıcı rol oynamışdır.

1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda söz və mətbuat azadlığının inkişafı üçün əlverişli mühit formalaşmışdır. Xüsusilə 6 avqust 1998-ci il tarixində senzuranın ləğvi sözügedən sahədə dönüş nöqtəsi olmuşdur. Qəzet və jurnalların sərbəst fəaliyyəti, müstəqil jurnalistikanın təşəkkül tapması bu cəsarətli qərarın nəticəsidir. Ulu Öndər mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər reallaşdırmışdır.

Ümummilli Liderin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə medianın inkişafı və tənzimlənməsi sahəsində çoxsaylı islahatlar həyata keçirilmişdir. Bu islahatlar əsasən medianın hüquqi bazasının təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin yaradılması, rəqəmsal transformasiya və jurnalistlərin sosial müdafiəsi istiqamətlərində aparılmışdır.

Ölkəmizdə mediaya göstərilən diqqət və qayğı xüsusilə dövlət başçısının bu sahəyə verdiyi yüksək dəyər və ardıcıl dəstəklə öz əksini tapır. Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi media nümayəndələrinin ölkə rəhbərliyinə olan etimadı və qarşılıqlı əməkdaşlıq mühitinin bariz nümunəsidir.

30 dekabr 2021-ci il tarixində qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını tənzimləyən mühüm sənəddir. Bu qanun informasiya mühitinin sağlamlaşdırılması, rəqabət qabiliyyətinin artırılması və jurnalistikanın peşə nüfuzunun yüksəldilməsinə yönəlib.

Ölkəmizdə milli mətbuatın yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur. Dövlət başçısının Sərəncamı ilə 3 fevral 2025-ci il tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir. Həmçinin cari il aprelin 25-də cənab İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

Ölkə mediası ötən dövr ərzində zəngin irs formalaşdırmış, şərəfli bir yol keçmişdir. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində milli media

Heydər Əsədov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2025