Çində “Vifa” qasırğasına görə 670 min nəfər təxliyə edilib
Tarix: 21-07-2025 | Saat: 09:51
Bölmə:Dünya | çapa göndər

Çinin cənubundakə Quandon əyalətində “Vifa” qasırğası ilə əlaqədar 670 min sakin təhlükəsiz yerlərə təxliyə edilib.
aia.az xarici mətbuata istinadən xəbər verir ki, ilin 6-cı qasırğası olan “Vifa” iyulun 20-də Quandon əyalətinin sahillərinə çatıb.
Küləyin sürəti saniyədə 33 metrə çatıb. Qasırğanın yarada biləcəyi fəsadlar nəzərə alınaraq, istehsalın və tədrisin dayandırılması da daxil olmaqla qabaqlayıcı tədbirlər görülüb. Cuhay, Yancian, Cienmen və Maomin şəhərlərində 1-ci səviyyədə hazırlıq elan edilib. Bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Şencen və Conşan şəhərlərini birləşdirən körpü, parklar, 52 turizm və əyləncə-istirahət məkanı bağlanıb.
Meteoroloqlar sel və daşqın ehtimalı barədə xəbərdarlıq olunub.
Fövqəladə Hallar Nazirliyi yarana biləcək təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılması üçün qüvvələri səfərbər edib. Bu işlərə 14 mindən çox şəxsi heyət, 3 min avtomobil cəlb olunub. Quanson ilə yanaşı Haynan və Quansi bölgələrinə işçi qruplar göndərilib.
Qarşıdakı 10 gün ərzində yeni qasırğaların da ola biləcəyi gözlənilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2025