Mobil versiya
Mediatur iştirakçıları Təhsil İstirahət Mərkəzində yeməkxana şəraiti ilə tanış oldular -Foto
Tarix: 21-07-2025 | Saat: 10:40
Bölmə:Özəl | çapa göndər

Mediatur iştirakçıları Təhsil İstirahət Mərkəzində yeməkxana şəraiti ilə tanış oldular

Mediatur çərçivəsində Təhsil İstirahət Mərkəzini ziyarət edən jurnalist və media nümayəndələri mərkəzdə yaradılan infrastrukturla yaxından tanış olublar. Səfər zamanı iştirakçılar istirahət mərkəzinin yeməkxana şəraitinə xüsusi diqqət yetiriblər.

Ərazidə yerləşən yeməkxanada həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş rahat və təmiz şəraitin yaradıldığı müşahidə edilib. Müasir standartlara uyğun qurulan mətbəx və yemək zalı qidalanma prosesinin səmərəli təşkilinə imkan verir. Menyuda balanslaşdırılmış və keyfiyyətli yeməklərin yer alması da xüsusi vurğulanıb.
Mərkəz rəhbərliyi mediatur iştirakçılarına məlumat verərək bildirib ki, qida təhlükəsizliyi və gigiyenik normalara ciddi şəkildə əməl olunur. Gündəlik menyular tərtib edilərkən uşaqların yaş xüsusiyyətləri və sağlam qidalanma prinsipləri nəzərə alınır.

Media nümayəndələri yaradılan şəraitə yüksək qiymət verərək, bu cür istirahət mərkəzlərinin həm sosial, həm də maarifləndirici baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Bayram Xudayarov
AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2025