Azərbaycan Qızıl Aypara Cəmiyyətində Mətbuat Günü qeyd olunub -Fotolar
Tarix: 21-07-2025 | Saat: 14:25
Bölmə:Gündəm | çapa göndər

22 iyul 2025-ci il tarixində Milli Mətbuat Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti tərəfindən mətbuatda fərqlənmiş bir neçə jurnalistlər təbrik olunub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti jurnalistləri təbrik edərək, onların cəmiyyətin humanitar fəaliyyəti barədə ictimaiyyətə dolğun və obyektiv məlumat çatdırmaqda göstərdikləri səyləri yüksək qiymətləndirib. O, bildirib ki, mətbuat nümayəndələri həm operativlik, həm də dəqiqlik baxımından Qızıl Aypara ilə ictimaiyyət arasında mühüm körpü rolunu oynayır.
Tədbir zamanı əməkdar jurnalist, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadəyə, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimovaya və aia.az (Azərbaycan İnformasiya Agentliyi) baş redaktoru Azər Məmmədova peşə bayramı münasibətilə təbriklər ünvanlanıb və xatirə hədiyyələri təqdim olunub. Cəmiyyətin prezidenti onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq qeyd edib ki, Qızıl Aypara Cəmiyyəti bundan sonra da media ilə əməkdaşlığını daha da gücləndirmək niyyətindədir.
Qızıl Aypara Cəmiyyətinin prezidenti çıxışında vurğulayıb ki, medianın gücü cəmiyyətə humanitar prinsipləri aşılayan əsas vasitələrdən biridir. O, xüsusilə fövqəladə hallarda jurnalistlərin operativliyinin və obyektivliyinin ictimai şüurun formalaşmasında mühüm rol oynadığını bildirib. Tədbir iştirakçıları arasında Cəmiyyətin rəhbər heyəti və əməkdaşlar da yer alıb.
Tədbirdə jurnalistlər də ayrı-ayrılıqda çıxış edərək cəmiyyətin operativliyi, şəffaflığı və humanitar fəaliyyətlərinin mətbuat üçün daim maraqlı və vacib mövzu olduğunu qeyd ediblər. Media və humanitar təşkilatlar arasında belə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb, jurnalistlər öz fəaliyyətləri barədə məlumat veriblər. Qeyd olunub ki, gələcəkdə media ilə birgə həyata keçiriləcək layihələr daha geniş ictimaiyyətin maarifləndirilməsinə xidmət edəcək. Jurnalistlər göstərilən diqqət və dəyərə görə minnətdarlıqlarını bildiriblər və humanitar dəyərlərin təbliğində hər zaman fəal olacaqlarını qeyd ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2025
18:12 Azadlığın təməl prinsipi