Novruzəli Aslanov: “Yubiley medalının təsis edilməsi Azərbaycan dövlətinin mətbuat sahəsində çalışan insanların əməyinə verdiyi yüksək dəyərin daha bir göstəricisidir”
Tarix: 21-07-2025 | Saat: 10:32
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. O cümlədən ”Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunmağa başladı. Bu il Azərbaycanda Milli mətbuatımızın 150 illiyi qeyd olunur. Öz dövrünün ən görkəmli ziyalılarından biri olan Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Təəssüflər olsun ki, “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasında oynadığl rolundan çəkinərək qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər”.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat daha sonra Ulu Öndər Heydər Əliyevin Milli mətbuatımızın inkişafında oynadığı müstəsna rolun əhəmiyyətindən bəhs edərək bunları deyib: “1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızda mətbuatın da inkişafında əsaslı dönüş yarandı. Ümummilli Liderimizin birbaşa təşəbbüsü və təkidi ilə 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması inqilabi bir sıçrayış oldu. Bundan sonra Azərbaycan dilində dərc olunan qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıldı. Əlbəttə ki, müstəqillik illərində Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə, 1993-2003-cü illərdə müasir Azərbaycan mətbuatı dünya standartları səviyyəsinə yüksəldi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə imkan yarandı. Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə ilk dəfə Milli mətbuatımızın 125 illik yubileyinin ölkə miqyasında geniş qeyd olunması da Ulu Öndərin Azərbaycan jurnalistikasının inkişafında olan xidmətlərinin müstəsna əhəmiyyətini əks etdirən daha bir hadisə oldu.”
Fikirlərini davam etdirən millət vəkili müasir dövrdə Milli mətbuatın inkişafı üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldığını vurğulayıb: “Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da kütləvi informasiya vasitələrinin fəaliyyəti ictimai həyatın istiqamətlənməsində mühüm rol oynayır. Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.” Qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlardır. Əlbəttə ki, bu diqqət və qayğının qarşılığında Azərbaycan jurnalistləri də öz borclarını ləyaqətlə yerinə yetirmək üçün əllərindən gələni edirlər. Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirir, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutur, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etmək üçün hər zaman ciddi səylər göstərir, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışırlar. Dövlət başçımızın bu ilin fevral ayında imzaladığı müvafiq Fərmana əsasən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi də Azərbaycan dövlətinin mətbuat sahəsində çalışan insanların əməyinə verdiyi yüksək dəyərin daha bir göstəricisidir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2025